Page 60 - Sholom_Aleyhem_Макет 1
P. 60
MİSTER QRİN İŞ TAPIR
(Danışdıqlarını öz dilindәn verirәm)
– “Hay du yu du”, mister Şolom Aleyxem! Bilmirәm, mәni
xatırlayırsınız, ya yox? Әslindә, sizinlә çox uzaq qohumuq, necә
deyәrlәr, körpü mәsәlәsi... Daha doğrusu, sizinlә deyil, yaxınınız
südçü Tevye vә onun qohumu, әslәn Yequptsdan olan Menaxem-
Mendellә... Bәli! Doğrudan, sizi maraqlandırdı? Görürәm, hәtta
ayaq saxladınız... Gәlin elә burda, sәkidә, ayaqüstü söhbәtlәşәk,
bir az Amerika barәsindә danışaq, qızıl kimi ölkәdir... Sözün
düzü, mәsәlә heç dә Amerikada deyil, burdakı bizneslә bağlıdır.
Bu ölkәdә adamlar var-dövlәtin, şәrәf vә lәyaqәtin girdabında
inildәyir, bir dә gördün Allah üzünә güldü, bәxtin gәtirdi, layiqli
bir iş tapdın. Ümid edirsәn ki, nә vaxtsa yaxşı pul qazanacaqsan,
adam arasına çıxacaqsan – Ceykob Şif, Neytan Ştraus, әn azı,
Henri Fişin sәviyyәsinә yüksәlәcәksәn. Bir sözlә, kişi olub
qoşulacaqsan әsl kişilәrin cәrgәsinә... Özüm barәdә hәlәlik bunları
söylәyә bilmәrәm, cәrgәyә qoşulmağıma hәlә çox var. Amma,
Allaha çox şükürlәr olsun, işlә mәşğulam, әn sevindiricisi isә
budur ki, bu mәrtәbәyә addım-addım çatmışam, öz ağlımla...
Görürәm, hövsәlәniz çatmır, bilmәk istәyirsiniz ki, mәn
kimәm? Desәm ki, sizinlә danışan mister Qrindir, yәqin, dәrhal
fikirlәşәcәksiniz: bu, hansı Qrindir belә? Özünüzü yormayın. Bu
ad sizә heç nә demir... Mәnә burda Qrin deyirlәr, orda, Odessada
isә Qrinberq çağırırdılar. Haralıyam? Odessadan? Әlbәttә,
Odessadan! Yequptsdan? Bәli, Yequptsdan... Kasrilovka, Teplik,
Şpol, Uman, Berdiçev – bax hәmin yerlәrdәnәm... Bütün yәhudilәr
kimi, başımı alverә qatmışdım. Babat dolanırdım, dәllallıq edirdim.
Ta o vaxta qәdәr ki, kitabımızı bağladılar, iti qovan kimi qovdular,
axışıb gәldik bura, Kolumbun vәtәninә. Әlimizdә-ovcumuzda nә
vardısa, başladıq xımır-xımır xәrclәmәyә, nәhayәt, axırıncı
şalvarımızı da satıb yedik, yalnız bundan sonra düşdük küçәlәrә,
qapı-qapı sülәnmәyә. Nә iş desәn görürdük, heç nәdәn imtina et-
60