Page 72 - Sholom_Aleyhem_Макет 1
P. 72
Şolom Aleyxem
Bu cüzi qazancdan evin – nәmli vә kif iyi verәn zirzәminin
kirayә haqqını ödәmәk, uşaqlara pal-paltar, ayaqqabı almaq
lazımdır. Qızların hamısının donu var, amma iki uşağa bir cüt
ayaqqabı düşür.
Allaha acıq getmәsin, qazanc hәm dә ailәni yedirtmәlidir.
Әllәrinә nә düşsә, onunla da qidalanırlar: sarımsaq sürtülmüş
çörәk dilimi, hәrdәn yarma, bәzәn bir tikә çömçәbalığı yeyәndәn
sonra mәdәn qıcqırır, bütün gecәni ciyәrin yanır, elә hey su
içmәk istәyirsәn.
Süfrә arxasına oturan kimi çörәyi bölüb hamının payına
düşәni vermәk lazımdır.
– Ah, Allah bunların qarnını doydursun! İlahi, sәn özün
kömәk ol!
Xaym Xaykinin arvadı hәmişә belә deyir. O, xәstәdir, öskürәk
zavallı qadını әldәn salıb.
– Göz dәymәsin! – ailә başçısı Xaym Xaykin bunu deyib
çörәyi acgözlüklә udan övladlarına baxır. Özünün dә acından
qarnı quruldayır, amma bir tikә götürsә, balaca Freydka vә
Beylka ac qalacaq.
Xaym payına düşәn çörәyi tәn ortadan bölüb Freydkaya vә
Beylkaya verir.
– Freydka! Beylka! Hәrәnizә bir tikә, axşam yeyәrsiniz.
Freydka vә Beylka qara, arıq әllәrini uzadıb çörәyi götürür,
amma hәr ikisinin gözü atasındadır: bәlkә, zarafat edir? Birdәn
vermәdi?
Uşaqlar çörәyi xeyli oynadır, sonra hәrәsi bir qırıq qoparıb
ağzına qoyur. Anası bunu görüb hirslәnir, onu öskürәk tutur:
– Yemәkdәn başqa heç nә bilmirsiniz!
Ata özünü elә göstәrir ki, guya deyilәnlәri eşitmir, arvadına
cavab vermәk istәsә dә, susur. Dillәnә bilmir, ağzını açmağa
haqqı da yoxdur. Onu sayan var? Dәvәsi ölmüş әrәbdir. Burada
artıq adamdır, hәm ailәsi, hәm dә özü üçün!
Ümumiyyәtlә, heç bir işin qulpundan yapışmır. Ona görә
yox ki, ürәyi istәmir, sadәcә iş yoxdur! İş tapa bilmir, vәssalam!
72