Page 80 - Sholom_Aleyhem_Макет 1
P. 80

Şolom Aleyxem

            beş-on qәpik qoparsınlar. Mәn dә indi gördüyünüz görkәmdә
            “Fankoni” kafesinin sәkisi ilә gedirәm, birjaçıların әlindәn dә
            tәrpәnmәk olmur, fikirlәşirәm: әlimdә qalmış tәqvimlәri kimә
            sırıyım? Yeni il çoxdan gәlib, gözünü açıb-yumacaqsan, bayramda
            bitәcәk, mәn isә bu zәhrimara qalmış tәqvimlәri xırıd edә
            bilmәmişәm. Ümumiyyәtlә, Allah bilir, satılacaq, ya yox? Çünki
            mallar bayramdan sonraya qalsa, evim yıxıldı, at zibil qutusuna!
            Vaxtı keçmiş yәhudi tәqvimi kimә lazımdır? Yeni ildәn sonra
            әlimdә üç tәqvim qalıb. Sayı yüzdәn çox idi, hamısını küçәdә
            xırıd elәdim, әsasәn dә, birjaçılara sırıdım. Dәrinә getsәn, bu
            birjaçıların böyük әksәriyyәtinin yalnız milliyyәti yәhudidir,
            özlәrinin isә dua kitablarından zәhlәsi gedir, illik tәqvimi dә
            ancaq işlә әlaqәdar alırlar. Pasxa nә vaxt gәlәcәk, ölülәr üçün nә
            zaman dua oxumaq lazımdır – tәqvimlә dә elә buna görә
            maraqlanırlar. Yәhudi hәmişә yәhudidir!
                ...“Fankoni”nin yanında ayaq saxlayıb әtrafda dolaşan birjaçılara
            baxıram. Bu fırıldaqçıları gözlәrindәn tanıyıram. Düşünürәm:
            hamısına illik tәqvim sırımışam. Kim qalıb, hansına satım? Fikir
            mәni götürüb, birdәn “Fankoni”dә, küçәyә yaxın tәrәfdәki masanın
            arxasında әylәşmiş generalı görürәm. Balaca qaşıqla fincandakı
            qәhvәni qarışdırır, yanında da bir “qırmızıpapaq” nökәr dayanıb.
            Bizdә qulluq dalınca ora-bura göndәrilәn adamlara belә deyirlәr.
            General ona әmr verir, amiranә sәslә nәsә deyir, elә hey danışır.
            “Qırmızıpapaq” da farağat dayanıb vә eyni sözlәri tәkrar edir:
            “Baş üstә, әlahәzrәt!” Düşünürәm: “Görәsәn, general ona nә әmr
            verir?” Asta addımlarla generalın masasına yaxınlaşıram, amma
            başımı yana çevirib kәnara baxıram. Eşidirәm ki, general hәr
            sözü dәqiq vә sәlis tәlәffüz edib nökәrin ağzına qoyur:
                – Dediklәrimi unutma! Düz gedәrsәn bizә! Xersonskaya
            küçәsi, nömrә üç, arvadıma deyәrsәn ki, qraf Musin-Puşkin bu
            gün bizdә nahar edәcәk! Unutma! Bir dә deyirәm: Xersonskaya,
            nömrә üç! Qraf Musin-Puşkin!
                “Qırmızıpapaq” boynunu qaz kimi uzadıb yalnız tәkrar edir:
                – Baş üstә!





              80
   75   76   77   78   79   80   81   82   83   84   85