Page 81 - Sholom_Aleyhem_Макет 1
P. 81

Üç təqvim

             Nökәr çıxışa doğru yollananda general arxasınca sәslәndi:
             – Unutma! Xersonskaya, nömrә üç! Qraf Musin-Puşkin!
             General qәhvәni içmәyә hazırlaşanda birdәn gözü mәnә
          sataşdı, yaxınlıqda durub fağır-fağır әlindәki fincana baxırdım.
          O, gözünü qıyıb, sәsini ucaltdı:
             – Sәn nә istәyirsәn?
             Yәni burada nә itin azıb? Fikirlәşirәm: istәdiyimi, onsuz da,
          verәn deyilsәn. Dayan-dayan! Bәlkә... Nә itirirәm ki? Canımı
          dişimә tutub dedim:
             – Әlahәzrәt! Tәqvim satıram, almazsınız?
             Tәәccüblә mәni süzdü:
             – Nә tәqvim?
             – Yәhudi tәqvimi.
             Yәqin, mәni küçәdә sülәnәn sәrsәm avaralara bәnzәtdi,
          soruşdu:
             –Yәhudi tәqvimi nәyimә gәrәkdir?
             – Sizә gәrәk olub-olmadığını deyә bilmәrәm, ancaq bu, mәnә
          lazımdır. Bayramlar gәlir! Cәmi üç tәqvim qalıb. Verim, әlahәzrәt?
             Bunu deyirәm, amma ürәyimdә fikirlәşirәm: “Nә yaxşı olardı,
          general әmr edәrdi ki, yәhudi tәqvimlәrini ona verim!”
             Sәn saydığını say... Ağzımı açıb “әlahәzrәt” demәk istәyirdim
          ki, üstümә bağırdı: “İtil burdan!”
             Rәngim ağardı, damarlarımdakı qan dondu, tәqvimlәrimi dә
          qoltuğuma vurub “geri dön!” әmrini yerinә yetirmәyә hazırlaşırdım
          ki, birdәn eşidirәm: “Yaxın gәl!” Demәli, general yanına çağırır.
          Әlacım nәdir, yaxınlaşıram. General ona tәqvim vermәyi әmr
          edir. Çantadan tәqvimi çıxarıram. Soruşur: “Sәnin bu tәqvimin
          neçәyәdir?” Qiymәtini söylәyirәm. Tәqvimi götürüb, bazarlaşmadan,
          sakitcә pulunu ödәyir.
             Belә generaldan kim inciyәr? Qoy buradakı birjaçılardan üçü
          ona qurban olsun!
             Düşünürәm: “Aha, malın bәxti açıldı!” Çantamı dalıma alıb
          küçәyә çıxıram. Birini әritdim, bәs qalanları necә olsun? Axırıncı
          iki tәqvimi satmaq üçün iki generalı haradan tapım? Mәni dәrhal





                                                              81
   76   77   78   79   80   81   82   83   84   85   86