Page 86 - Sholom_Aleyhem_Макет 1
P. 86

Şolom Aleyxem

            Parisdәn gәtirilmiş “maraqlı açıqçalar”la alver etmәyә mәcburuq.
            Ya tәk-tәk, ya da paket halında satırıq. Çörәyimiz bundan çıxır.
            Qәzet elә-belә, gözdәn pәrdә asmaq üçündür, “maraqlı açıqçalar”
            burada yaxşı gedir. Birjaçılar yәhudi qәzetlәrindәn çox, bunu
            alıb lәzzәtlә baxırlar.
                Bilirәm, lüt qadın şәkli satmaq günah işdir, buna görә Allah
            cәzamı verәcәk. Çarәm nәdir? Yәhudi dә qәpik-quruş qazanmalıdır,
            ya yox? Uşaqların qarnını doydurmaq lazımdır axı... Mәncә,
            Tanrı günahımdan keçәr! Keçmәyib neylәyәcәk, hә? Başqa çarәsi
                            1
            var? Qayşanorabo günü yaxınlaşır. Necә bilirsiniz, Tanrı mәni
            bağışlayar? Onun başı batsın! Bizim Tolmaçovu deyirәm. Әgәr o
            olmasaydı – onu görüm dünya işığına hәsrәt qalsın! – hәlә dә
            dua kitabçaları vә tәqvim satırdım, әlimi bu murdar açıqçalara
            bulaşdırmazdım... Qulaq asın, bәlkә, siz dә açıqça hәvәskarısınız,
            hә? Tәzә mal var! İndicә Parisdәn göndәriblәr!..































            1 Qayşanorabo (Haşana Rabba) – “Simxat-Tora” bayramından bir gün
            әvvәl

              86
   81   82   83   84   85   86   87   88   89   90   91