Page 88 - Sholom_Aleyhem_Макет 1
P. 88

Şolom Aleyxem

            ora veksel, bura veksel, gündә min adamla üzlәşirsәn. Hәrәnin
            ağzından bir avaz gәlir, illah da qadınların.
                Qadına işin düşmәsin! Gәl indi onu başa sal: bu, niyә belә
            oldu, o, niyә belә getdi? “Sәndәn aldığım undan bişirdiyim çörәk
            çiy çıxıb!” Gözüm aydın! Günahım nәdir? Deyirәm, bәlkә, evi -
            nizdәki sobanın istisi az olub? Bәlkә, maya fәrsizdir? Bәlkә,
            odun yaşdır? Kimә deyirsәn? Dinlәyәn yoxdur! Hәlә üstünә
            gәlib dişinin dibindәn çıxanı deyir, bir az da dillәnsәn, çörәyi
            götürüb çırpacaq tәpәnә...
                Başıqapazlı, üzüdanlaqlı olmaq kimә xoşdur? Pәrakәndә un
            alan qadınların hamısı belәdir. Eh, yoxsa elә bilirsiniz, topdan
            alanlar yaxşıdır? Zәrrә qәdәr dә! Alıcı dәyirmana gәlib nisyә mal
            almaq istәyәndә şirin dilini salır işә, yalvarıb-yaxarır, elә yaltaqlanır
            ki, adamın ürәyi dözmür.  Amma pul vermәk vaxtı çatanda
            bәhanәlәr dalbadal düzülür: unu gec göndәrmisәn, kisәlәrdә
            deşik vardı, un acı tam verirdi, kiflәnmişdi, yararsız idi... Min bir
            bәhanә tapırlar, tәki ciblәrindәn pul çıxmasın!
                Bәzәn müştәri deyir, hesabı göndәr! Düşünürsәn ki, deyәsәn,
            mәsәlәnin yarısı çözüldü. Hesab göndәrirsәn, deyir: “Sabah”.
            Sabah gәlirsәn, deyir: “O birisi gün!” Belә nağıllardan çox
            eşitmişәm! Bıçaq sümüyә dirәnәndә başlayırsan qorxutmağa,
            mәhkәmә ilә hәdәlәmәyә. Mәhkәmәnin nә faydası? Oradan bir
            uzun namә göndәrirlәr, icraçılarla gәlirsәn әmlakını siyahıya
            almağa, mәlum olur ki, borclunun var-yoxu arvadının adınadır,
            indi söy onu nә qәdәr istәyirsәn! Tüpür üzünә! Silib, o biri üzünü
            çevirәcәk!
                İndi sizdәn xәbәr alıram: başına belә işlәr gәlәn adamın
            mәdәsi xәstәlәnmәsin, neylәsin? Arvadım – dedim axı, üçüncü
            dәfә evlәnmişәm – mәnә lağ edir: “Dәvәnin quyruğu yerә dәyәndә
            pulunu alacaqsan”. Onun sözlәrini vecimә almaya da bilәrәm,
            amma arvadımdır, çarәm nәdir... Hәrdәn mәni dilә tutur:
                – Noyax, at bu unun daşını. Görüm bu dәyirmana od düşsün,
            sәnin dә, mәnim dә canım qurtarsın!





              88
   83   84   85   86   87   88   89   90   91   92   93