Page 89 - Sholom_Aleyhem_Макет 1
P. 89
Həkimin qəbulunda
– Ay-hay! – cavab verirәm. – Sәn bunun danışığına bax! Heç
bilirsәn, dәyirmanın sığortası nә qәdәr pul elәyir...
– Onu demirәm, Noyax, – arvadım könlümü alır. – Bu barәdә
heç düşünmürәm. Amma görürәm ki, vurnuxursan, özünü oda-
közә vurursan, nә gecәn var, nә gündüzün, ev-eşikdә tapılmırsan.
Bәs deyil? Nәyin çatmır axı?..
Mәn haradan bilim? Niyә vurnuxduğumu heç özüm dә
anlamıram. Neylәyim, tәmәlim belә qoyulub, xәmirim belә
yoğurulub! Vurnuxmağı sevirәm! Elә bilirsiniz, vurnuxmaq mәnә
böyük qazanc gәtirir? Qәpik-quruşdan, başağrısından başqa heç
nә! Kim nә iş tәklif edirsә, razılaşıram. Dünyada bacarmadığım
iş yoxdur. Kisә lazımdır? – Buyur! Odun? – Hazırdır! Alver? –
Ondan da başım çıxır! Düşünürsünüz ki, başımı elә dәyirmana
soxmuşam? Sәhviniz var! Şәrikimlә taxta-şalban alveri edirik,
hәbsxanaya әrzaq satırıq. Halal әt satışında payım var, amma bu
işdә o qәdәr ziyana düşürәm ki, heç adamın ağlına gәlmәz!
Ziyanın miqdarı sizin aylıq qazancınızdan qat-qat çoxdur. Xәbәr
alırsınız ki, bütün bunlar nәyimә gәrәkdir? Adamların acığına!
Mәn çılğın adamam: bütün şәhәr içi mәn qarışıq batsa da,
dediyimdәn dönәn deyilәm! Xasiyyәtim pis deyil, amma tez
özümdәn çıxıram! Şәrәf vә lәyaqәtimә toxundunsa, vay halına!
Hәm dә keçi kimi tәrsәm: ötәn әyyamlarda, sinaqoqda biri mәni
tәhqir elәmişdi, yәni lәyaqәtimi alçaltmışdı! Yaxşıca dәrsini
verdim! Әlac nәdir? Damarlarımda qaynar qan axır! Onlar, yәni
hәkimlәr deyir ki, bu, әsәblә bağlıdır vә mәdәyә heç bir dәxli
yoxdur. Mәncә, sәfeh söhbәtdir. Mәdәnin әsәbә nә dәxli? Söz
danışdılar da! Әsәb harada, mәdә harada? Hәkimlik elminә görә,
әsәb, әsasәn, bax, burada, beyindә yerlәşir. Mәdә isә gör ondan
nә qәdәr aşağıdadır?.. Ayaq saxlayın, sözümü bitirirәm, hara
tәlәsirsiniz? Bir dәqiqә hövsәlәniz olsun. Hәr şeyi әtraflı danışmaq
istәyirәm, siz dә bütün bunları diqqәtlә dinlәdikdәn sonra
demәlisiniz ki, bu bәla mәni haradan tapıb, yәni mәdәni nәzәrdә
tuturam. Bәlkә, onunla әlaqәdardır ki, daim vurnuxuram, ora-
bura qaçıram, evdә tapılmıram, gәlәndә dә qaradinmәz kimi bir
89