Page 87 - Sholom_Aleyhem_Макет 1
P. 87

HӘKİMİN QӘBULUNDA


             – Cәnab hәkim, bir ricam var: mümkünsә, mәni dinlәyin.
          Yәni xәstәliyim barәdә danışıb baş-beyninizi aparmayacağam,
          bunu sonraya saxlayaq. Mәrәzimi bircә-bircә anlatmaq istәyirәm.
          Xahiş edirәm, dinlәyin, çünki hәkimlәr xәstәdәn şikayәt eşitmәyi
          sevmirlәr, qoymurlar xәstә ağzını açsın. Onların adәtidir, danışmağa
          imkan vermirlәr. Ancaq onu bilirlәr ki, nәbzi yoxlasınlar, tәlәsik
          saata baxsınlar, resept yazıb pul alsınlar! Yәni xәstәni başdan
          elәsinlәr!  Amma sizin haqqınızda çox eşitmişәm, deyirlәr, o
          hәkimlәrdәn deyilsiniz. Söylәyirlәr ki, hәlә cavandır, pula hәris
          deyil, başqa hәkimlәr kimi yalnız qazanc güdmür. Ona görә dә
          yanınıza gәlmişәm ki, mәdәm barәdә mәslәhәt alım. Bu mәslәhәtә
          nә vaxt ehtiyac yaranır? Mәdә, sözün әsl mәnasında, mәdә olub
          öz işini görәndә. Әgәr mәdә öz işini görmürsә, yırtığa yamaq
          deyilsә, onda yaşamağın nә mәnası? Yәqin, müdrikcәsinә cavab
          verәcәksiniz: “İnsan bu dünyada öz xoşu ilә yaşamır”. Eh, bunu
          sizsiz dә bilirәm. İnsan hәyatının Allah tәrәfindәn idarә olunduğunu
          ruhani mәktәbindә o qәdәr deyiblәr ki! Bәs mәnim dediyim
          nәdir? İnsan sağdırsa, yaşayırsa, demәli, ölmәk barәdә düşünmür.
          Ancaq, düzü, ölümdәn o qәdәr dә qorxmuram. Çünki artıq yaşım
          altmışı keçib. İkincisi, elә adamam ki, yaşamaq da, ölmәk dә
          mәnim üçün eynidir. Yәni yaşamaq, mәncә, ölmәkdәn üstündür.
          Necә deyim, yaşamaq ölmәkdәn mәnalıdır, kim öz xoşuna
          dünyasını dәyişmәk istәyәr ki? İllah da ki yәhudi! Üstәlik, on bir
          uşaq atası, Allah saxlasın, özü dә evli, hәrçәnd üçüncü evlilikdir,
          amma nә fәrqi, arvadlı kişi!
             Uzun sözün qısası, mәn kamenetsliyәm, amma Kamenetsin
          özündәn yox, ona yaxın qәsәbәdәn. Başıbәlalı dәyirmançıyam,
          yәni dәyirman sahibiyәm, daha doğrusu, dәyirman mәnim
          sahibimdir, çünki yeganә çörәk ağacımdır, necә deyәrlәr, “çünki
          oldun dәyirmançı...” Әlacım nәdir? Hәyat bir çәrxi-fәlәkdir,
          fırlanır özü üçün! Baxın: taxılı nağd pula alıb unu nisyә satırsan,




                                                              87
   82   83   84   85   86   87   88   89   90   91   92