Page 92 - Sholom_Aleyhem_Макет 1
P. 92

Şolom Aleyxem

                –  Axı sizә lyapis yazmışdım! Dәli olmusunuz, niyә bir
            hәkimdәn çıxıb, digәrinin yanına qaçırsınız?
                – Sakit olun, – deyirәm. – Bәyәm sizdәn başqa hәkim yoxdur?
            Sizinlә müqavilә bağlamamışam axı! Hamı bir parça çörәk qazan-
            maq istәyir: hәkimin dә ailәsi, arvad-uşağı var!..
                Yanıb-töküldü! Guya ona nә dedim? Uzun sözün qısası,
            mәslәhәt gördü ki, hәmin hәkimә müraciәt edim.
                – Mәslәhәtә, – dedim, – ehtiyacım yoxdur. İstәsәm, gedәrәm.
                Ovcuna bir rubl basdım. Bәlkә, elә düşünürsünüz ki, pulu
            üstümә atdı? Әsla! Onlar pulu sevirlәr. Ah, bir bilәydiniz necә
            sevirlәr! Bizim kimi adi adamlarda pula qarşı belә sonsuz
            mәhәbbәt ola bilmәz. Mәni qarşısında әylәşdirib dinlәmәdi ki,
            görsün şikayәtim nәdәndir, haram ağrıyır?  Ağzımı açmağa
            qoymadı...
                Bu yaxınlarda bir hәkimin qәbuluna getmişdim, sizin tanı -
            şınızdır, adını çәkmәk istәmirәm. İçәri girmәyә macal tapmamış,
            ağzımı açmamış göstәriş verdi ki, soyunub uzanım. Mәәttәl
            qaldım. Guya mәni, yәni xәstәni dinlәmәyә hazırlaşır. Dinlәmәk
            istәyirsәn? Çox gözәl! Bәs niyә ağzımı açmağa qoymursan? Bә -
            dәnimin ora-burasını döyәclәmәkdәn nә çıxar? Yox, siz bir işә
            baxın, onun vaxtı yoxdur! Deyir, qapının dalında xәstәlәr növbә
            gözlәyir. İndi dә “növbә” dәbә düşüb, vağzalda, poçtda olduğu
            kimi... Nә? Sizin dә vaxtınız yoxdur? Bәlkә, sizi dә “növbә”
            gözlәyir? Axı hәkim kimi hәlә cavansınız! Bu “növbә” haradan
            yarandı? Bilirsiniz, әgәr özünüzü belә aparsanız, sizi “növbә”
            yox, iflas gözlәyәcәk!..
                Әsәbilәşmәyin yeri yoxdur. Demәdim ki, mәni pulsuz müayinә
            edin, Allah şahiddir ki, belә bir fikrim yoxdur. Hәkimdә müayinәdәn
            pulsuz keçәnlәrdәn deyilәm. Baxmayaraq ki, mәni әvvәldәn-
            axıra kimi dinlәmәdiniz, amma bunun mәsәlәyә heç bir dәxli
            yoxdur, әgәr hәkimin qәbuluna gәlmişәmsә, pulumu ödәmәliyәm...
            Nә? Puldan imtina edirsiniz? Nә deyirәm, mәcbur edә bilmәrәm...
            Yәqin, dolanışığınız yaxşıdır... Dәvәdәn yun qırxırsınız... Pulu
            xәlbirlә yığırsınız... Nә deyirәm, Allah bol elәsin... Hәlәlik, bay-
            bay! Üzr istәyirәm, bәlkә, vaxtınızı çox aldım... Hәkim qәbuluna
            gәlmişәm axı...




              92
   87   88   89   90   91   92   93   94   95   96   97