Page 99 - Sela
P. 99
Paskual Duartenin ailəsi

– O yerlәr yaxşıdı?
– Pisdi.
Susdu. Kim bilir, nә fikirlәşirdi!
– Lolanı tez-tez xatırlayırdın?
– Xatırlayırdım. Niyә yalan danışım? Bütün günü işgü-
cüm xatırlamaqdı, elә hamını xatırlayırdım. Hәtta Ədabazı
da!
Esperansanın rәngi qaçdı.
– Qayıtdığına görә çox şadam.
– Hә, Esperansa, mәni dә gözlәdiyinә görә şadam.
– Sәni gözlәdiyimә görә?
– Hә, bәyәm gözlәmәmisәn?
– Bunu sәnә kim deyib?
– Deyiblәr. Hәr şey mәlumdu!
Sәsi titrәdi, hәyәcanı dәrhal mәnә dә keçdi.
– Rosario deyib?
– Hә. Bunda pis nә var ki?
– Heç nә.
Gözlәri doldu.
– Mәnim haqqımda nә fikirlәşdin?
– Nә düşünәsiydim? Heç nә!
Əyilib әlini öpdüm. O, әlini çәkmәdi.
– Mәn sәnin kimi azadam, Esperansa.
– ...
– İyirmi il әvvәl olduğu kimi.
Esperansa çәkinә-çәkinә mәnә baxırdı.
– Hәlә qocalmamışam, gәlәcәyimi düşünmәliyәm.
– Hә.
– İş-gücümü, evimi, hәyatımı necә quracağımı düşünmәli-
yәm... Sәn, doğrudan, mәni gözlәmisәn?
– Hә.
– Bәs bunu niyә mәnә demirsәn?
– Mәn axı dedim.

99
   94   95   96   97   98   99   100   101   102   103   104