Page 101 - Sela
P. 101
Paskual Duartenin ailəsi

Köçmәk haqqında dәfәlәrlә düşünmüşdüm, ağlıma La
Korunya, Madrid, ya da bir az yaxın yer – әyalәtin paytaxtı
gәlmişdi, ancaq dәrd onda idi ki, qorxaqlıqdan, ya
qәtiyyәtsizlikdәn bunu hәr dәfә sonraya saxlayırdım, hәtta
o qәdәr sonraya saxladım ki, nәhayәt, yola çıxanda özümdәn
vә xatirәlәrimdәn savayı heç kimlә torpaqla ayrılmağıma
lüzum olmadı...

Öz günahımdan gizlәnmәyә yalnız torpaq azlıq elәyirdi,
torpaq o qәdәr böyük vә geniş deyildi ki, yaşayış yerimi
dәyişib vicdanımın nalәsini eşitmәyәm...

Mәn torpaqla öz kölgәmdәn, adımdan, xatirәlәrimdәn,
hәtta öz bәdәnimdәn daldalanmaq istәyirdim; kölgәsiz,
xatirәlәrsiz, adsız vә bәdәnsiz mәndәn çoxmu şey qalacaqdı?

Başqa hallarda hәyatdan qәfil silinmәk, yoxa çıxmaq
yaxşıdı, yer ayrıla yerә girәsәn, tüstü kimi havaya qarışasan.
Belә olmur, ancaq olsaydı mәlәklәrә çevrilәrdik, cinayәtlәrin
vә günahların girdabından qurtulardıq, bu xarab olmuş
әtin ağır yükündәn azad olardıq; sizi inandırıram, әgәr
kimsә öz dәyәrsiz canının üstündә әsәrәk qәlbimizә toxunub
onu daima bizim yadımıza salmağa çalışmasaydı, biz onu
heç vәchlә xatırlamazdıq. Heç nә iyrәnc keçmişin cüzamı
ilә çürümüş vicdan qәdәr, şәrdәn vaxtında ayrılmayan peş-
mançılıq xorası qәdәr pis qoxumur, biz ümidlәri çiçәklәmәyә
macal tapmamış mәhv olanların zibilliyindә iylәnirik, bizim
miskin hәyatımız – özü dә çoxdan! – gör nәyә çevrilib!

Bizi yolumuzdan azdıran bütün yaramaz niyyәtlәrimiz
kimi, qәtl barәdә fikir dә canavar kimi astaca, ilan kimi
hiss olunmadan sürünә-sürünә yaxınlaşır. Hәyatımızı
dәyişәn fikirlәr, ümumiyyәtlә, qәfildәn gәlmir; gözlәnilmәzlik
yalnız ayrı-ayrı anları mәhv elәyir, ötüb keçәndәn sonra
isә bizә uzun ömür qoyur. Divanәliyin әn betәri – dәrdin
divanәliyi çölә duman kimi, ağ ciyәrә vәrәm kimi hәmişә
tәdricәn, hiss olunmadan gәlir. Durmadan, dayanmadan,

101
   96   97   98   99   100   101   102   103   104   105   106