Page 100 - Sela
P. 100
İLO XOSE SELA
Doğrudan, demişdi, ancaq onu tәkrar eşitmәk mәnә
xoş gәlirdi.
– Yenә de.
Esperansa bibәr kimi qızardı. Sәsi qırıldı, dodaqları,
burun pәrәlәri külәkdәki yarpaq, günәşdәn lәzzәt alan
payızbülbülünün boğazı kimi titrәdi.
– Mәn sәni gözlәyirdim, Paskual. Hәr gün dua elәyirdim
ki, tezliklә qayıdasan. Allah sәsimi eşitdi.
– Elәdi.
Yenә әllәrini öpmәyә başladım. Sanki tutulmuşdum.
Üzündәn öpmәyә cәsarәt elәmirdim.
– Bәs sәn... sәn...
– Hә.
– Nә soruşmaq istәdiyimi bilirsәn?
– Hә. Demә.
Birdәn sanki gül kimi açıldı.
– Mәni öp, Paskual... – Sәsi boğuq, xırıltılı çıxdı. – Sәni
çox gözlәmişәm.
Onu bәrk-bәrk, qızğıncasına, başqa heç bir qadına hiss
etmәdiyim ehtiramla öpdüm, o qәdәr çox öpdüm ki,
dodaqlarımı ayıranda ona qarşı qәlbimdә әn vәfalı sevgi
doğulmağa macal tapmışdı.
19
Artıq iki aydı evli idim, anamda yenә hәbsimdәn әvvәlki
hәrәkәtlәri, bicliklәri sezmәyә başladım. Onun soyuqluğu,
tikanlı sözlәri, özü kimi tәpәdәn dırnağa yalançı söhbәtlәri
qanımı coşdururdu. Arvadımdan zәhlәsi gedirdi, ancaq
necәsә bununla barışmalı idi – başqa yol yoxdu! – vә öz
kinini gizlәtmәdiyindәn, boğaza yığılmış Esperansa mәsәlәni
qarşımda qәti şәkildә qoydu. Mәn dә başa düşdüm ki, bizi
ancaq torpaq ayıra bilәr. Torpaq ayıra bilәr – bunu iki
halda deyirlәr: ya köçüb başqa yerә gedirsәn, ya da iyirmi
qarış dәrinliyinә...
100