Page 96 - Sela
P. 96
İLO XOSE SELA

– Hә!
– Kimә?
– Axı sәnin nәyinә lazımdı?
Dünyam başıma uçmuşdu. Pis görürdüm; yuxuda
olduğumu fikirlәşdim. Bir müddәt susduq.
– Niyә getdi?
– Getdi, vәssalam.
– Mәni gözlәmәk istәmәdi?
– Belә tez qayıdacağını bilmirdi. Hәmişә sәni xatırlayırdı...
Zavallı Rosario, necә bәxtsiz oldu!
– Yemәyә heç nә tapmırdınız?
– Elә dә olurdu.
– Ona görә getdi?
– Kim bilir!
Yenә susduq.
– Onunla görüşürsәn?
– Hә, tez-tez gәlir. Axı hәmin adam da burda qalır.
– Hәmin adam da?
– Hә.
– O kimdi?
– Senyorito Sebastyan.
Dedim, indi ölәcәyәm. Dustaqxanada olmaq üçün yenә
pul verәrdim.

18
Qayıtdığımı eşidәn kimi, Rosario mәnimlә görüşmәyә
gәldi.
– Gәldiyini dünәn eşitdim. Nә qәdәr sevindiyimi
tәsәvvür elәyә bilmәzsәn!
Ondan bu sözlәri eşitmәk mәnә çox xoşdu!
– Tәsәvvür elәyirәm, Rosario, elә özümdәn götürürәm.
Axı mәn dә sәni tәzәdәn görmәk istәyirdim!
Sıxılırdıq, elә bil on dәqiqә әvvәl tanış olmuşduq.
Özümüzü heç nә olmamış kimi aparmağa çalışırdıq. Az
sonra söhbәti davam etdirmәk üçün soruşdum:

96
   91   92   93   94   95   96   97   98   99   100   101