Page 92 - Sela
P. 92
İLO XOSE SELA
Zәngi basıb nәzarәtçini çağırdı. Sonra әlimi sıxdı.
– Əlvida, oğlum. Tanrı sәni qorusun.
Sevincdәn başımı itirmişdim. O, nәzarәtçiyә tәrәf çevrildi.
– Munyos, bu cәnabı çıxışa qәdәr ötürün. Ancaq әvvәlcә
dәftәrxanaya gedin, ona çatacaq sәkkiz günlük maddi
yardım var.
Munyosla bir daha rastlaşmadım, amma don Konrado
ilә üç il yarım keçәndәn sonra görüşdük.
Qatar, nәhayәt, gәldi – bu hәyatda gec-tez hәr şey gәlib
çatır, yalnız tәhqir olunmuşların bağışlanmasından savayı.
Kupemә keçib, gün yarım yırğalana-yırğalana mәnә son
dәrәcә tanış olan, yolboyu gözümün önündәn çәkilmәyәn
stansiyamıza çatdım. İlahidәn başqa gәldiyimi bilәn yox
idi, intәhası, qәribәydi, qәfil xәyalımda canlandı ki, perron
adamla doludu, hamı sevinir, әllәrini qaldırıb, dәsmalını
yellәyib mәni salamlayır, adımı qışqırır.
Qatardan enәndә soyuq iliyimә işlәdi. Stansiyada heç
kim yox idi. Qaranlıq düşmüşdü. Rәis senyor Qreqorio bir
yanında yaşıl, o biri yanında qırmızı işıq yanan yağ fәnәri
vә tәnәkә başlıqlı kiçik bayrağı әlindә tutub, qatara yol
verdi.
İndi dönüb mәni tanıyacaq, tәbrik elәyәcәk.
– Lәnәt şeytana, Paskual, sәnsәn!?
– Mәnәm, senyor Qreqorio. Azad olunmuşam!
– Yox a!
O, dönüb, daha mәnә fikir vermәdәn öz budkasına
girdi. Yәqin, mәni anlamamışdı, istәdim arxasınca qışqıram:
“Azad olunmuşam, senyor Qreqorio! Mәn azad olunmuşam!”
Ancaq bir az tәrәddüd edib, fikrimdәn daşındım.
Qulaqlarım guyuldadı, gözlәrim doldu. Azad olunmağım
senyor Qreqorionun vecinә deyildi.
Çiynimdә yol sandıqçası stansiyadan çıxdım, kәndimizin
yanından ötüb, birbaşa şoseyә aparan cığıra buruldum;
92