Page 94 - Sela
P. 94
İLO XOSE SELA

Sandıqçanı yerә atıb üstündә oturdum. Sәs-sәmir
eşidilmirdi; yәqin, anamla Rosario gәlişimdәn, azadlığa
çıxdığımdan, onların iki addımlığında olmağımdan xәbәrsiz
yatırdılar. Bәlkә, bacım yatağına girәndә tezliklә azad
edilmәyim üçün çox xoşladığı “Tanrım, rәhm et” duasını
oxumuşdu! Bәlkә, bu dәqiqә mәnim xiffәtimi çәkәrәk,
kamerada taxta uzanıb, hәyatda hәqiqәtәn sevdiyim yeganә
insanı – onu xatırladığımı yuxuda görür! Bәlkә, yuxuda
qorxudan sәksәnir.

Mәn isә burda, azadlıqdayam, hәyatı yenidәn başlamağa,
ona tәsәlli vermәyә, әzizlәmәyә, tәbәssümünә sevinmәyә
hazıram.

Bilmirdim neylәyim. Qapını döysәm qorxardılar, gecәnin
bu vaxtı qapı döymәzlәr, heç qapı açmağa da ürәk elәmәzlәr.
Ancaq sәhәrә qәdәr sandıqçanın üstündә oturub gözlәmәk
dә olmazdı.

Ucadan danışa-danışa yoldan iki adam keçirdi; sәslәri
şәn, qayğısız idi, yәqin, Almendralexodan, öz qızlarının
yanından gәlirdilәr. Onları tanıdım: Martinetanın qardaşı
Leon vә senyorito Sebastyan idi. Nәyә görәsә onları görәndә
tezcә gizlәndim.

Onlar evin – mәnim yaxınlığımdan keçdilәr; danışıqları
aydınca eşıdılırdi.

– Görürsәn, Paskualın başına nә gәldi.
– Onun yerindә kim olsa o cür hәrәkәt elәyәrdi.
– Arvadına qahmar çıxdı.
– Əlbәttә.
– Üç ildi Çinçilada yatır, qatarla bir gündәn artıq yoldu...
Sevinc hiss elәdim; qanovdan sıçrayıb onları qucaqlamaq
istәdim, ancaq özümü saxladım – dustaqxana mәnә hisslәrimi
cilovlamağı öyrәtmişdi.
Onların keçib getmәyini gözlәdim, hesabıma görә, xeyli
uzaqlaşanda, qanovdan çıxıb qapıya tәrәf getdim. Sandıqça

94
   89   90   91   92   93   94   95   96   97   98   99