Page 91 - Sela
P. 91
Paskual Duartenin ailəsi

Bәrkdәn güldü, gülüşü öskürәyә çevrildi, sonra
öskürәkdәn boğuldu, sifәti şişib pomidor kimi qızardı.
Əlini yeşiyә soxub, iki qәdәh, bir şüşә konyak çıxardı. Mat
qaldım: doğrudu, mәnimlә hәmişә yaxşı davranırdı, ancaq
hәlә belә şey olmamışdı.

– Nә olub, don Konrado?
– Heç nә oğlum, heç nә... Di iç, azadlığının sağlığına!
Onu yenә öskürәk tutdu.
– Mәnim azadlığımın? – tәkrar soruşdum.
Əliylә susmağımı işarә elәdi. Bu dәfә әksinә oldu –
öskürәk gülüşә çevrildi.
– Hә! Siz lotuların bәxti gәtirir!
Bu xәbәri verdiyinә görә sevinirdi, qapını açıb mәni
azadlığa buraxa bilәcәyi üçün xoşhal idi. Kaş, dustaqxanada
qalmağımın daha yaxşı olduğunu bilәydi! Çinçilaya tәkrar
qayıdanda bunu ağlamsınaraq etiraf etdi.
– Di yaxşı, zarafatı qurtaraq! Oxu...
Azadlığa çıxmağım barәdә әmri mәnә tәrәf itәlәdi.
Baxdım, ancaq inana bilmirdim.
– Oxudun?
– Bәli, senyor.
Don Konrado qovluğu açıb, iki eyni cür kağız – cәzanı
çәkdiyim haqqında şәhadәtnamә çıxardı.
– Götür, bu sәnindi. Bununla istәdiyin yerә gedә bilәrsәn.
Bura qol çәk. Mürәkkәb lәkәsi salma.
Sәnәdi iki qatlayıb, pul kisәmә qoydum... Mәn azad
idim! Hәmin dәqiqә nә hisslәr keçirdiyimi deyә bilmirәm.
Don Konrado ciddi görkәm aldı; yaxşı yol arzulayıb,
düzlükdәn, tәmizlikdәn danışdı, hiddәtimi cilovlamaq
üçün bir neçә mәslәhәt verdi, onlara әmәl etmәklә pis
hadisәlәrdәn qoruna bilәrdim, axırda isә dustaqlara kömәk
mәqsәdilә Madriddә yaranmış xeyriyyә tәşkilatından –
mәhbusların islah olunması üzrә Qadınlar komitәsi adından
mәnә iyirmi beş peset verdi.

91
   86   87   88   89   90   91   92   93   94   95   96