Page 86 - Sela
P. 86
İLO XOSE SELA

Ədәbaz kepkasını çıxartdı.
– Buyuracaqsan.
Özünü tox tutmağa çalışsa da, alınmırdı; qorxduğu
bilinirdi.
– Salam, Rosario!
– Salam, Pako!
Bacım qorxaq tәbәssümlә gülümsәdi; bundan ürәyim
bulandı. O da gülümsәdi, amma rәngi ağarmışdı.
– Bilirsәn nәyә gәlmişәm?
– Eşidirәm.
– Rosarionu aparmağa!
– Elә dә fikirlәşirdim. Yox, Ədәbaz, Rosarionu apara
bilmәyәcәksәn.
– Apara bilmәyәcәyәm?
– Yox.
– Mәnә kim mane olacaq?
– Mәn.
– Sәn?
– Hә, mәn. Nәdi, sәncә, xırda maneәdi?
– Elә dә böyük deyil...
Hәmin dәqiqә kәrtәnkәlә kimi soyuq idim vә öz
hәrәkәtlәrimi dәqiq hesablaya bildim. Cәld çevrildim,
mәsafәni gözәyarı ölçüb, keçәn dәfә olduğu kimi alınmasın
deyә, ona sözünü demәyә imkan vermәyib, kәtili sifәtinә
elә zәrblә çırpdım ki, çultәk ocaq qapağının üstünә düşdü.
Qalxmağa cәhd elәdi, bıçaq çıxardı, üzü alışıb yanırdı,
baxmaq belә dәhşәtliydi; ancaq qalxa bilmәdi. Onu sürüyüb
yolun kәnarına atdım.
– Sәn mәnim arvadımı öldürmüsәn...
– O, pozğun idi!
– Qoy olsun, ancaq sәn onu öldürdün. Sәn bacımın na-
musunu lәkәlәdin...
– Mәnә çatanda onda namusdan әsәr-әlamәt yox idi!

86
   81   82   83   84   85   86   87   88   89   90   91