Page 83 - Sela
P. 83
Paskual Duartenin ailəsi

Arvadımın qatilini, bacımı rüsvay edәni, mәnә hәr
şeydәn çox dәrd gәtirәn adamı axtarmağa başladım.
Gizlәndiyinә görә, onu tapmaq asan deyildi. Tülüngü
mәnim gәlişimdәn xәbәr tutmuşdu, dörd ay Almendralexoda
gözә görünmәdi. Onu tutmaq üçün “Yeni Madrid”
fahişәxanasına gedib, Rosario ilә görüşdüm... Necә dә
dәyişmişdi! Qocalmışdı, üzü vaxtsız qırışmışdı, gözlәri
çuxura düşmüşdü, saçları yapıxmışdı. Baxanda ürәyim
sıxıldı, axı vaxtilә çox gözәl idi.

– Sәnә nә lazımdı?
– Bir nәfәri axtarıram.
– Əgәr düşmәndәn qaçırsa, demәk, pis adamdı.
– Hә...
– Əgәr gözlәnilәn görüşdәn yayınırsa, demәk, pis adam-
dı.
– Hә... O hardadı?
– Bilmirәm. Dünәn getdi.
– Hara getdi?
– Bilmirәm.
– Bilmirsәn?
– Yox.
– Doğru deyirsәn?
– Gün kimi doğrudu.
Yalan danışana oxşamırdı. Mәnә olan sevgisini dә
Ədabazı atıb, qayğıma qalmaq üçün evә qayıtmağıyla
sübut elәdi.
– Bilmirsәn, uzağa gedib?
– Mәnә heç nә demәdi.
Əlac yoxdu, qәzәbimi boğmalı oldum. Əclafa olan acığı
bir bәxtsizdәn çıxmaq kişiyә yaraşmaz.
– Sәn nә baş verdiyini bilirdin?
– Hә.
– Bilә-bilә dә susdun?

83
   78   79   80   81   82   83   84   85   86   87   88