Page 85 - Sela
P. 85
Paskual Duartenin ailəsi
Onun yalan deyib-demәdiyini dәrhal aydınlaşdırma-
lıydım. Evә sarı götürüldüm, ayağım yerә dәymirdi. Kan-
darda anamla toqquşdum.
– Rosario hanı?
– Evdәdi.
– Tәkdi?
– Hә, nәdi ki?
Cavab vermәyib mәtbәxә keçdim – Rosario horra
qarışdırırdı.
– Ədәbaz hanı?
Rosario elә bil diksindi, başını qaldırıb sakitcә – hәr
halda, üzdәn belә görünürdü – dillәndi:
– Bunu mәndәn niyә soruşursan?
– Çünki o, kәnddәdi.
– Kәnddә?
– Belә dedilәr.
– Bura gәlmәyib.
– Doğru sözündü?
– And içirәm!
And içmәyә dә bilәrdi, doğru deyirdi – o, hәlә
gәlmәmişdi, ancaq bir azdan özünü xoruz kimi darta-darta
peyda oldu.
Qapıda keşikdә durmuş anamla rastlaşdı.
– Paskual evdәdi?
– Nәyinә lazımdı?
– Elә-belә. Bir mәsәlә haqqında danışmaq lazımdı.
– Bir mәsәlә haqqında?
– Hә, ikimizә aid olan bir mәsәlә haqqında.
– Keç içәri. O, mәtbәxdәdi.
Ədәbaz başında kepka, mahnı zümzümә elәyә-elәyә
içәri keçdi.
– Salam, Paskual.
– Salam, Pako! Kepkanı çıxar, küçәdә deyilsәn.
85