Page 84 - Sela
P. 84
İLO XOSE SELA

– Kimә deyә bilәrdim?
– Heç kimә...
Doğrudu, demәyә bir adam yoxdu. Elә acılar var,
hamıya toxunmur, heç kimә demәdәn gәrәk onu tәk
çәkәsәn. Başına gәlәnlәri hәr kәsә danışmaq olmur, sәni
başa düşmәzlәr.
Rosario mәnimlә getdi.
– Burda bir gün dә qalmaq istәmirәm. Yorulmuşam.
Evә hürkәk, hәr şeylә barışmış halda qayıtdı; hәm dә
çalışqandı, onu heç vaxt belә görmәmişdim. Qayğıma
qaldığına görә әvәzini verә bilmәdim, әn pisi dә odur ki,
әfsusular olsun, indi heç verә bilmәyәcәyәm. Çalışırdı,
hәmişә tәmiz köynәyim olsun, tәsәrrüfatı idarә elәmәyinә
dә söz ola bilmәzdi, üstәlik, üçdәn-beşdәn dә mәnim üçün
qәnaәt elәyirdi, gec gәlәndә yemәyimi isti saxlayırdı... Belә
hәyat ürәymcә idi! Gündüzlәrim qu tükü kimi yüngüldü,
gecәlәrim monastırdakı kimi sakitdi, әvvәlki pis fikirlәr
elә bil yaxamdan әl çәkirdi. La Korunyadakı narahat
hәyatım uzaqda qalmışdı, bıçaq davalarım isә tamam
yadımdan çıxmışdı. Lolanın xatirәsi ürәyimdә yara kimi
sızıldasa da, tәdricәn bu yara da qaysaq bağlayır, keçәnlәr
yavaş-yavaş unudulurdu. Ancaq mәni inadla tәqib elәyәn
bәxtim, uğursuz bәxtim onları tәzәdәn yada saldı.
Bu haqda Martinetanın yemәkxanasında mәnә senyorito
Sebastyan dedi.
– Ədabazı görmüsәn?
– Yox, nәdi ki?
– Heç. Deyirlәr, onu görәn olub.
– Kәnddә?
– Elә deyirlәr.
– Yalan danışma!
– Qardaş, üstümә qışqırma. Eşitdiyimi deyirәm. Sәnә
niyә yalan danışmalıyam?

84
   79   80   81   82   83   84   85   86   87   88   89