Page 79 - Sela
P. 79
Paskual Duartenin ailəsi
– Axı sәni gözlәmirdim, başa düşürsәn? Qayıdacağına
ümidim yox idi...
– Bәs indi sevinirsәn?
– Hә, indi şadam...
Lolanı elә bil dәyişmişdilәr.
– Mәni heç vaxt yadından çıxarmamısan?
– Heç vaxt. Yoxsa niyә qayıdırdım?
Arvadım yenә susdu.
– İki il çoxdu...
– Çoxdu.
– İki ildә Yer çox fırlanır...
– İki dәfә. La Korunyada bir dәnizçi mәnә belә dedi.
– La Korunyadan mәnә danışma!
– Niyә?
– Ona görә. Görüm, La Korunya bataydı!
Bunu deyәndә sәsi bәrk çıxdı, gözlәri meşә kimi qaraldı.
– Çox fırlanır!
– Çox!
– Sәnsә burda oturub fikirlәş ki, bәlkә, hәr şey qaydasına
düşdü!
– Özgә nә sözün var?
– Heç nә!
Lola acı-acı ağladı. Zorla eşidilәcәk sәslә etiraf elәdi:
– Mәnim uşağım olacaq.
– Yenә uşaq?
– Yenә.
Donub qaldım.
– Kimdәndi?
– Soruşma!
– Soruşmayım? Kefim istәyir, soruşuram! Mәn sәnin
әrinәm!
O, var gücüylә qışqırdı:
– Yaxşı әrsәn! Ölümümü istәyirsәn, iki ildi mәni atmısan,
mәndәn qaçırsan, elә bil cüzamlıyam! Ər...
79