Page 78 - Sela
P. 78
İLO XOSE SELA
fabrikindә qarovulçu oldum, nәhayәt, Apaşkanın Tutuquşu
küçәsindә, yuxarı qalxanda soldakı evindә nökәrçilik
elәdim, intәhası, әsas işim şuluqluq salmaq istәyәnlәri vax-
tında fahişәxanadan bayıra atmaqdı.
İl yarım Apaşkagildә qaldım, ondan da әvvәl artıq
yarım ildi evdәn uzaqlarda sәrgәrdan dolaşmışdım. Bütün
bunlar ona gәtirib çıxardı ki, evimi, orda qoyub gәldiklәrimi
daha tez-tez xatırlamağa başladım; әvvәl bu ancaq gecәlәr,
mәtbәxdә salınan yerimә uzananda olurdu, ancaq get-gedә
xәyallar qәsdimә durdu, axırda qüssә mәni elә bürüdü ki, –
La Korunyada belә deyirlәr, – yol kәnarındakı evdә nә
vaxt olacağımı gözlәmәyә daha sәbrim çatmadı. Fikirlәşirdim
ki, evdә mәni yaxşı qarşılayarlar – vaxt hәr şeyi sağaldır –
vә qayıtmaq istәyi nәmişlikdәki göbәlәk kimi içimdә
böyümәyә başladı. Borc verdiyim pulları yığıb – bu,
zәhmәtsiz ötüşmәdi, inad göstәrmәsәn, heç nә әldә elәyә
bilmәzsәn, – günlәrin bir günü, Apaşka başda olmaqla,
bütün himayәçilәrimlә xudahafizlәşib, sәfәrin xöşbәxt
sonluğunu qabaqcadan duyaraq yola düşdüm, intәhası,
evdә olmadığım müddәtdә iblisin mәnim ailәmlә, arvadımla
öz istәdiyi kimi davrandığını onda hәlә bilmirdim. Açığını
deyim ki, cavan, gözәl arvadımın tәrbiyәsindәki qüsurların
ucbatından әrsiz dayana bilmәmәsindә tәәccüblü bir şey
yoxdu; evdәn qaçmağım mәnim әn böyük günahımdı,
gәrәk heç vәchlә belә etmәyәydim, buna görә Tanrı mәni
cәzalandırdı, özü dә çox rәhmsizcәsinә...
15
Qayıtmağımdan yeddi gün keçmişdi vә mәni üzdәn dә
olsa mehribancasına qarşılayan arvadım xәyallarımın
üstündәn xәtt çәkdi:
– Onda sәni soyuq qarşıladığımı hәlә dә unuda bilmirәm.
– Yox, nә danışırsan!
78