Page 80 - Sela
P. 80
İLO XOSE SELA

– Sus!
Sussan daha yaxşı olar, – vicdanım deyirdi. Qoy vaxt
öz axarıyla getsin, uşaq doğulsun... Qonşular arvadımın
necә gәzdiyindәn qeybәt elәsinlәr, mәnә üstdәn aşağı
baxsınlar, mәni görәndә pıçıldaşsınlar...
– Senyora Enqrasiyanı çağıraq?
– O, artıq mәnә baxıb.
– Nә dedi?
– Hәr şey yaxşıdı.
– Yox, onu demirәm...
– Bәs nәyi deyirsәn?
– Belә... Gәrәk bunu üçümüzün aramızda yoluna qoyaq.
Arvadım mәnә yalvarışla baxdı.
– Paskual, doğrudanmı elәyәrsәn?
– Lap o yana da keçәrәm, Lola. İlk dәfә deyil.
– Paskual, heç hansını belә çox istәmәmişәm, hiss elәyi-
rәm ki, o, yaşayacaq...
– Mәni rüsvay etmәk üçün!
– Bәlkә, xöşbәxtliyin üçün, axı camaat bilmir!
– Camaat? Ağızlarına içki dәyәn kimi bilәcәklәr!
Lola hürkmüş uşaq kimi gülümsәdi, – baxanda adamın
ürәyi ağrıyırdı.
– Bәlkә, heç bilmәdilәr!
– Bilәcәklәr!
Allah görür ki, mәn zalım deyilәm, ancaq elin adәti
adamı eşşәyin noxtası kimi tutub buraxmır. Əgәr mәnim
kişiliyim bağışlamağa icazә versә – bağışlayardım, ancaq
dünya hәmin dünyadı, axına qarşı üzmәksә әbәsdi.
– Yaxşısı çağırmaqdı!
– Senyora Enqrasiyanı?
– Hә.
– Yox, Allah xatirinә! Hәmişә qan-irin doğacağam?

80
   75   76   77   78   79   80   81   82   83   84   85