Page 76 - Sela
P. 76
İLO XOSE SELA

işlәdirdilәr, onların qışqıra-qışqıra dediklәrinin heç yarısını
başa düşmәdim, intәhası, aydındı ki, bu mәrәkәyә sәbәb
kişinin Konsepsiyona baxmasıydı. Mәni hәlә dә bir şey
tәәccüblәndirir: bir-birlәrinә ağızlarına gәlәni desәlәr dә,
sözdәn işә keçmәyә cәhd göstәrmirdilәr. Ana söyüşü, әclaf,
qurumsaq, bağırsağını tökәrәm – ortada isә bir şey yoxdu,
әn maraqlısı da bu idi. Buna öyrәşmәdiyimdәn onların
qәribә adәti mәni qorxutdu; tәbii ki, mәn söhbәtә
qarışmadım, ancaq lazım olsa, yoldaşımın tәrәfini
saxlayacaqdım. Bir-birlәrini söymәkdәn bezәndә, aralanıb
hәrә öz yolu ilә getdi, mәsәlә dә bununla qurtardı.

Daha buna sözüm yoxdu! Əgәr biz kәndçilәr şәhәrlilәr
kimi boğazımıza güc versәydik, dustaqxanalar boşalıb,
kimsәsiz adaya oxşayardı!

İki hәftә sonra, Madridi düz-әmәlli tanımamış – bu
şәhәri bir dәfәyә tanıya bilmәzsәn, – nәzәrdә tutduğumu
elәmәk üçün yola düşmәk qәrarına gәldim; aldığım balaca
çamadana sığışan yükümü yerbәyer elәdim, qatara bilet
alıb, son dәqiqәyә kimi mәndәn ayrılmayan Estevesin
müşayiәtiylә vağzala yollandım – gәldiyim yox, başqa
vağzala; La-Korunyaya yola düşdüm, mәnә demişdilәr ki,
Amerikaya üzәn gәmilәrin marşrutu orda kәsişir. Limana
sәfәrim kәnddәn Madridә gәlişimdәn çox çәkdi, – mәsafә
uzun idi, ancaq yolun xeyli hissәsi gecәyә düşdüyündәn,
mәn dә elә adam deyilәm ki, taqqıltıdan-tuqqultudan yata
bilmәyәm, vaxt düşündüyümdәn dә tez keçdi; tezliklә
dәnizin sahilinә yetişdik vә dәniz mәnә o qәdәr nәhәng
göründü ki, dünyada heç nә mәni bu qәdәr sarsıtmamışdı.

Elә bәzi işlәrimi sahmana salanda, cibimdәki pulun
Amerikaya gedib çatmağa bәs edәcәyini düşünmәkdә necә
sadәlövh olduğumu anladım. O vaxta qәdәr gәmi sәyahәtinin
qiymәtini öyrәnmәk ağlıma gәlmәmişdi! Agentliyә gәlib,
gözlüyә yaxınlaşdım, ordan mәni başqasına yolladılar;

76
   71   72   73   74   75   76   77   78   79   80   81