Page 71 - Sela
P. 71
Paskual Duartenin ailəsi
ki, xeyir-duanı ürәkdәn qәbul elәdim. Hәyatımda xәcalәt
hissi çox keçirmişәm, ancaq belәsi olmamışdı.
Bütün gecәni gözümü yummamışam, yerimdәn yorğun,
әzgin durmuşam, sanki mәni yaxşıca kötәklәyiblәr. Ancaq
rәisdәn bu qәdәr kağız almışamsa, ruh düşgünlüyündәn
xilas olmaq üçün kağız qaralamaqdan savayı başqa yol
yoxdusa, hekayәmә yenidәn girişmәyә çalışaram,
dayandığım yerdәn davam elәyib, öz xatirәlәrimi axıra
çatdıraram. Görәk gücüm yetәcәkmi, buna isә çox güc
lazım olacaq. Fikirlәşәndә ki, hadisәlәrin gedişatını bir az
sürәtlәndirmәliyәm, onda da hekayәtim yarıda qalacaq,
necә deyәrlәr, şikәst olacaq – sәbrim tükәnir, ancaq hövsәlәli
olmağa çalışıram, çünki indikitәk, yәni tәlәsmәdәn, bütün
diqqәtimi toplayıb yazanda, hekayәtim o qәdәr dә aydın
olmur, necә gәldi yazanda isә elә rabitәsiz, yöndәmsiz
alınacaq ki, onu heç doğma atası, yәni özüm dә
tanımayacağam. Yaddaşın vacib rol oynadığı bu mövzular
çox incә yanaşma tәlәb elәyir, hadisәlәri dolaşdırsam, onu
heç cür qaydaya sala bilmәrәm, bir o qalar ki, kağızı cırıb,
tәzәdәn yazmağa başlayasan, bundan isә hәr vәhclә qaçmaq
istәyirәm; ikinci dәfә yazdığımın heç vaxt yaxşı olmayacağına
özümü inandırmışam. Əsas şeylәri yarıtmadığıma, ikinci
dәrәcәlilәrin isә yaxşı alındığına görә, ola bilsin, bu cәhdimi
lovğalıq sayacaqsınız vә istәnilәn savadlı adamın atüstü
elәdiyini bacarmaq üçün dәridәn-qabıqdan çıxmağıma
istehzayla gülümsәyәcәksiniz; ancaq nәzәrә alsanız ki, az
qala, dayanmadan dörd ay sәrasәr yazmaq, hәyatımdakı
başqa işlәrlә müqayisә olunmayacaq dәrәcәdә mәndәn çox
böyük güc tәlәb elәyir, onda, yәqin, mәnim fikirlәrimә
haqq qazandırarsınız.
Hәyatda hәr şey ilk baxışda göründüyü kimi deyil; ona
görә nәyәsә girişәndә, nәyinsә üzәrindә işlәyәndә, elә
qәribә, hәtta namәlum cәhәtlәri açılır ki, ilk tәәssüratımızın
71