Page 70 - Sela
P. 70
İLO XOSE SELA

– Tövbә elәmәk istәyirsәn?
– Bәli, senyor.
– Övladım, mәni sevindirirsәn.
– Mәn dә şadam, müqәddәs ata.
– Rәbbim mәrhәmәtlidi, çox xeyirxahdı...
– Bәli, müqәddәs ata.
– Hәm dә yolunu azmış adam haqqa tapınanda xoşbәxt
olur...
– Bәli, müqәddәs ata.
– ... hәm dә valideynin üzünә ağ olan övlad ata ocağına
qayıdanda.
O, nәvazişlә әlimdәn tutub әbasının üstünә qoydu vә
sanki onu yaxşı anlamağım üçün gözlәrimә baxdı.
– Etiqad – qәlbimizi hәyatın zülmәtindәn keçirib aparan
işıqdı.
– Bәli...
– Bu, ağrıyan qәlblәr üçün ecazkar mәlhәmdi...
Don Santyaqo hәyәcanlı idi, hürkmüş uşaqtәk sәsi
titrәyirdi. Müqәddәslәr kimi sakitcә gülümsәyirdi.
– Tövbә nә olduğunu bilirsәnmi?
Cavab vermәyә qorxub, astadan dedim:
– Elә dә yox.
– Utanma, övladım, bunu heç kim anasının qarnında
öyrәnmir.
Don Santyaqo nәlәrisә izah elәdi; onları axıra kimi başa
düşmәdim, ancaq, yәqin, doğru olardı, çünki doğruya
oxşayırdılar. Günortadan, az qala, axşamacan söhbәt elәdik;
söhbәtimiz qurtaranda gün artıq batmışdı.
– Tövbә et, övladım, Tanrı adından günahlarını
bağışlayıram... Mәnimlә birlikdә dua et: ata, oğul vә
müqәddәs ruh xatirinә...
Don Santyaqo mәnә xeyir-dua verәndә, var gücümlә
çalışırdım başımda pis fikirlәr olmasın vә sizi әmin edirәm

70
   65   66   67   68   69   70   71   72   73   74   75