Page 69 - Sela
P. 69
Paskual Duartenin ailəsi
hәvәslә, elә sevinclә hәzz alıram ki, qorxuram – halbuki
ömrümün sonuna az qalıb, çox az qalıb! – vaxtım çatana
qәdәr bu sevinc tükәnә. Əgәr hәmin dinclik qismәtimә bir
neçә il әvvәl düşsәydi, hökmәn rahib olardım, çünki bu
dinclikdә o qәdәr işıq, o qәdәr sәadәt var ki, yәqin, onda
da mәnә xoş gәlәrdi. Ancaq Allah bunu istәmәdi, indi
dustağam, hökm başımın üstündәn asılıb vә bilmirәm nә
yaxşıdı – hәr şey birdәn qurtarsın, ya ölümqabağı әzablarım
uzansın, çünki heç nәyә baxmayaraq onu çox qiymәtlәndiri-
rәm vә hәyatım rahat keçsәydı – әgәr belә dә olursa –
bәlkә dә, az qiymәtlәndirәrdim. Nә demәk istәdiyimi başa
düşәrsiniz.
Düşüncәlәr içindә yaşadığım bu bir ay әrzindә çox
şeydәn – kәdәr vә sevincdәn, inamdam, nifrәtdәn vә
ümidsizlikdәn keçdim... İlahi, sınaqlara çәkdiyin bәdәn nә
qәdәr zәifdi! Haldan-hala düşәndә qızdırmalı kimi әsirdim,
gözümdәn yaş tökülürdü. Otuz gün durmadan eyni şey
haqqında düşünmәk, öz vicdanını әlәk-vәlәk elәmәk, daim
әzab çәkmәk ki, keçmiş pisliklәrinә görә cәhәnnәmә
düşәcәksәn... – bu, hәddindәn artıqdı. Mәn üzündәn
mehribançılıq yağan zahidә, göydәki quşa, sudakı balığa,
hәtta kolluqdakı yırtıcı heyvana hәsәd aparıram – onları
yaddaşı narahat elәmir. Keçmişinin günahla dolu olması
pisdi! Dünәn tövbә elәdim – keşişi özüm çağırdım. Santyaqo
Luruenyanın atası, mehriban, kәdәrli vә qarışqa kimi
çalışqan, saçları tökülmüş qoca keşişciyәz gәldi.
O buranın kapellanıdı, bazar günlәri yüzlәrlә qatil, beş-
altı keşikçi, üç-dörd rahib üçün ibadәt elәyir.
Onu ayaq üstә qarşıladım.
– Sabahınız xeyir, müqәddәs ata.
– Salam, övladım. Deyirlәr, mәni çağırmısan.
– Bәli, senyor, çağırmışam.
O, yaxınlaşıb alnımdan öpdü. Çoxdandı heç kim mәni
öpmürdü.
69