Page 66 - Sela
P. 66
İLO XOSE SELA

O, tәәccüblә üzümә baxdı.
– Nәyә görә deyirsәn?
– Ona görә deyirәm ki, biz kişilәr çox qәddar oluruq.
– Əlinizdәn dә heç nә gәlmir.
– Hәr şey gәlir!
Nә o başa düşürdü, nә anam. Arvadım mәnә baxırdı,
mәnimlә danışırdı... Ax, kaş o mәnә baxmayaydı!
– Bilirsәnmi, canavar kolluqda necә vurnuxur, qırğı
buludlara necә baş vurur, ilan daşların arasında necә
pusquda durur?
– ...
– Kişi onların hamısından qәzәblidi!
– Bunları mәnә niyә deyirsәn?
– Elә-belә!
İstәdim deyәm: “Çünki sizi öldürәcәyәm!”
Ancaq bu sözlәri dilimә gәtirә bilmәdim.

Baxışları belә ismәtli qadınlara tәhqir sayılacaq әxlaqsız,
qaragün bacım mәnimlә qaldı.

– Eşitdin?
– Hә.
– Heç vәchlә inanmazdım!
– Mәn dә.
– İtirilmiş adam olduğumu heç vaxt düşünmәzdim.
– Sәn itirilmiş adam deyilsәn.
Külәk kolları yırğalayır, uşaqları öldürüb dәnizә tәrәf
uçan hәmin külәk... Pәncәrә tayı yanıqlı sәslә cırıldadı.
Rosario doluxsundu.
– Niyә deyirsәn ki, itirilmiş adamam?
– Mәn demirәm.
– ...

66
   61   62   63   64   65   66   67   68   69   70   71