Page 67 - Sela
P. 67
Paskual Duartenin ailəsi

– Bu qadınlar deyir.
Alovun şölәsi nәfәs alırmış kimi qalxıb enirdi; mәtbәx
asetilen qoxuyurdu, kәskin iy әsәblәrimi qıcıqlandırır vә o
vaxtlar hәyәcandan xali olan mәnim bu zavallı, mәhkum
bәdәnimi lәrzәyә gәtirirdi.
Bacımın rәngi qaçmışdı; yaşadığı hәyat öz amansız
nişanәsini onun gözlәrinin altına hәkk etmişdi. Mәni sevdiyi
qәdәr, mәn dә onu sevirdim.
– Rosario, bacım...
– Paskual...
– İkimizi dә pis günlәr gözlәyir.
– Hәr şey yoluna düşәr...
– Allah özü kömәk olsun!
Anam sözә qarışdı:
– Onun necә yoluna düşәcәyini görmürәm.
Arvadım rişxәndlә gülümsәyib, ilan kimi zәhәrini tökdü.
– Əgәr ümid Allaha qalıbsa, bundan da pisi olmaz!
Allah hamıdan ucadı, onun qartal kimi iti gözlәri var,
әn xırda şey dә nәzәrindәn qaçmaz.
– Bәs Allah hәr şeyi yoluna qoysa?
– O, bizi çox da sevmir...

Bәzәn sәbәbsiz yerә öldürürsәn; bunu öz tәcürbәmdәn
yaxşı bilirәm, hәrdәn dә istәmәdәn öldürürsәn. Sadәcә,
nifrәt elәyirsәn, amansızcasına nifrәt elәyirsәn, bıçağı açıb,
düşmәnin yatdığı çarpayıya sarı ayaqyalın gedirsәn. Gecәdi,
ancaq pәncәrәdәn ay işığı düşdüyündәn hәr şey aydın
görünür. Ölmәli adam çarpayıda uzanıb. Sәn ona baxırsan,
necә nәfәs almasını eşidirsәn, heç bir tәhlükә gözlәmirmiş
kimi sakitcә uzanıb, qımıldanmır da. Yataq otağı bәrbad
haldadı, döşәmәnin cırıltısı sәni qorxudur; ölmәli adam
oyanıb, qanlı sonluğu tezlәşdirә bilәr. Düşmәn adyalı
üzündәn azca kәnara atıb, o biri böyrü üstә çevrilir; yox,

67
   62   63   64   65   66   67   68   69   70   71   72