Page 63 - Sela
P. 63
Paskual Duartenin ailəsi

idi. Hәr şey oğlumu xatırladırdı – kölgәlәr, alovun yanıb-
sönmәsi, gecә sәslәri... O sәslәr ki, zorla eşidilir, ancaq
qulaqlarında elә cingildәyir, elә bil zindanı çәkiclә döyürlәr.

Qarğa kimi qara yas paltarında üç qadın meyit kimi
dinmәzcә, sәrhәd keşikçisi kimi qaşqabaqlı oturublar.
Sükutun buzunu sındırmaq üçün hәrdәn onlarla danışıram.

– Havalar soyuqdu.
– Hә...
Yenә susduq. Mәn geri çәkilmәdim.
– Senyor Qreqorio, deyәsәn, qatırını satmaq fikrindәn
daşınıb. Yәqin, özünә lazımdı.
– Hә...
– Çaya getmişdiniz?
– Yox...
– Qәbiristana?
– Ora da yox...
Onları bu vәziyyәtdәn çıxarmaq heç cür mümkün
deyildi. Hәyatımda nә әvvәl, nә sonra heç kimә bu qәdәr
dözüm göstәrmәmişәm. Özümü elә aparırdım, guya onların
qәribәliyini sezmirәm, istәyirdim qalmaqaldan qaçam,
ancaq buna baxmayaraq, mәrәkә qopdu, xәstәlik vә yanğın
kimi, günәşin çıxması, ya ölüm kimi, heç nә onun qarşısını
almaq gücündә deyildi.
Ən dәhşәtli fәlakәt insana canavar kimi xәlvәtcә yaxınlaşır
vә әqrәb kimi qәfil çalır.
Onları hәlә dә qarşımda oturublarmış kimi, tәsvir elәyә
bilәrәm, – dodaqlarında sevgi hissi ölmüş qadınların
istehzalı tәbәssümü, baxışları divarı deşib, evdәn çox-çox
uzaqlara dikilib. Dәqiqәlәr insafsızcasına uzanır, sәslәri
elә bil o dünyadan eşidilir...
– Gecә düşüb.
– Görürük...
Bayquş, yәqin, sәrv ağacına qonub.
– O gecә dә belәydi...

63
   58   59   60   61   62   63   64   65   66   67   68