Page 65 - Sela
P. 65
Paskual Duartenin ailəsi

–...
– Şaftalı kimi tәzә-tәr ağzımı ondan ötrü bәslәmişdim!
– ...
– Sәnin üçün iki uşaq dünyaya gәtirmәmişdim ki, atın
şıltaqlığına dözsünlәr, gecәlәr qapı-pәncәrәdәn әsәn külәyә
dözsünlәr!
– ...
O, havalanmışdı, çölpişiyi kimi qızmışdı... Haqlı tәnәni
dinmәzcә qәbul elәdim.
– Sәn dә qardaşının tayısan!
Arvadım mәnә zәrbәni namәrdcәsinә, ancaq lәzzәtlә
vurdu...
Əgәr çöldә tufana düşmüşüksә, qaçmaq mәnasızdı –
onsuz da islanıb, lap bәrk yorulacağıq. İldırım bizi tәşvişә
salacaq, ürәyimiz daha şiddәtlә döyünәcәk.
– Atan Esteban quyruğunu qorxudan necә qısdığını
görәydi!
– ...
– Sәnin qanın durudu, torpağa düşәn kimi hopur!
– ...
– Arvadın gör sәninlә necә danışır!
– ...
O, sakitlәşәcәk, ya yox? Günәş hamı üçün işıq saçır,
ancaq albinosun gözünü qamaşdıran işıq zәncinin heç
vecinә dә deyil.
– Bәsdir!
Ay parçasına oxşayan oğlumun on bir aylığında
ölümündәn sonra anam mәni qәlbimdәki kәdәrә görә
danlamağa ürәk elәmirdi.
Bunları ona açıqca dedim.
– Od ikimizi dә yandıracaq, ana.
– Nә od?
– Sizin oynadığınız od.

65
   60   61   62   63   64   65   66   67   68   69   70