Page 61 - Sela
P. 61
Paskual Duartenin ailəsi

Lolanın sözlәri başıma daş kimi dәyirdi.
– Eşitdin?
– Nәyi?
– Pәncәrәni.
– Pәncәrә?
– Cırıldadı, elә bil yel çәkir...
Pәncәrәnin cırıltısına bir ufultu da qarışdı.
– Uşaq yatır?
– Hә.
– Deyәsәn, yuxu görür.
– Eşitmirәm.
– Hәm dә inildәyir, elә bil harasısa ağrıyır...
– Sәnә elә gәlir.
– Tәki elә olsun! Ona canım qurban...
Uşağın yataq otağındakı iniltisi külәyin yırğaladığı
palıd yarpaqlarının xışıltısına oxşayırdı.
– İnildәyir!
Lola körpәyә baş çәkmәyә getdi; mәn eşmә çәkә-çәkә
mәtbәxdә qaldım – bәdbәxtlik mәni hәmişә eşmә çәkәndә
haqlayır.
Uşaq bir neçә gün dә yaşadı. Biz onu torpağa tapşıranda
on bir aylıq idi – mәkrli soyuqdәymә on bir aylıq hәyatı vә
zәhmәti puç elәdi...

11
Əlbәttә, keçmiş vә gәlәcәk günahlarıma görә Tanrı
mәni cәzalandırdı! Əlbәttә, Tanrının yaddaşına yazılıb ki,
bәdbәxtlik – mәnim yeganә qismәtim, kәdәrli günlәrimә
aparan yeganә yoldur! İnanın mәnә, bәdbәxtliyә öyrәşmәk
olmaz: hәr dәfә özümüzü aldadırıq ki, bu bәla – axırıncıdı,
ancaq sonra daha betәrinin irәlidә olduğunu görürük...
Lola uşaq salanda, Sakariasla dalaşanda çәkdiyim
iztirablar, qarşıda hәlә nәlәr olacağını güman etmәdiyimә
görә idi.

61
   56   57   58   59   60   61   62   63   64   65   66