Page 56 - Sela
P. 56
İLO XOSE SELA

Tövlәnin ağıla açılan qapısının üst tiri alçaq idi. İçәri
girәndә başımı әydim. Heç nә görünmürdü.

– Ay sәni, madyan!
Madyan axura qısılmışdı. Bıçağı ehtiyatla açdım: belә
anlarda bircә sәhv addım fәlakәtlә nәticәlәnә bilәrdi.
– Ay sәni, madyan!
Yenә xoruz banladı.
– Ay sәni, madyan!
Madyan küncә sıxıldı. Ona arxa tәrәfdәn yaxınlaşdım.
Heyvan qulaqlarını şәklәmişdi.
– Ay sәni, madyan!
Hәr şey bir anda bitdi. Üstünә yeriyib bıçaqla zәrbәlәr
endirmәyә başladım; ona iyirmiyә yaxın bıçaq vurdum.
Madyanın gönü Sakariasın dәrisindәn qalındı... Tövlәdәn
çıxanda qolum sızıldayırdı, әllәrim bilәyә qәdәr qanın
içindәydi. Heyvan cınqırını da çıxarmadı. Yalnız tövşüyürdü;
ayğırı onun üstünә buraxanda heç belә tövşümәmişdi.

10
Dәqiq deyirәm, ancaq hirsim soyuyanda başqa cür
düşündüm, hәmin an isә beynimi bir fikir deşirdi – Lolanın
uşağı axı biz evlәnәnә qәdәr dә düşә bilәrdi! Bu dәrd, bu
peşmanlıq da mәnim başıma gәlmәzdi!
Bu bәdbәxt hadisә mәni üzmüşdü, qara-qura fikirlәr
başımdan çıxmırdı; dilxor halda kәnddә dolaşırdım, özümә
gәlәnә qәdәr düz on iki ay ötdü. Bizә üz verәn bәdbәxtlikdәn
tәxminәn bir il keçәr-keçmәz Lola yenә uşağa qaldı vә ilk
dәfә olduğu kimi, sәbirsizliyin, narahatlığın mәni yenә
diddiyini sevinclә hiss elәdim: vaxt sürünürdü, istәdiyim
kimi tez keçmirdi, hara getsәm dә, içimdәki acığı soyuda
bilmirdim.
Adamayovuşmaz, qaraqabaq, xoflu olmuşdum, arvadım
vә anam isә bu halımdan baş çıxara bilmәdiklәrinә görә,

56
   51   52   53   54   55   56   57   58   59   60   61