Page 55 - Sela
P. 55
Paskual Duartenin ailəsi
– Nә üçün demәliyәm? Mәgәr bilmirsәn?
Evin sakitliyi mәni tәәccüblәndirdi. Qadınlar, adәti
üzrә, hәlә burda olmalıydılar, onların boşboğazlığı sizә
yaxşı mәlumdu.
– Deyәsәn, yatırlar.
– Ola bilmәz! İşıqları yanır!
Evә yanaşdıq: doğrudan da, işıq yanırdı. Senyora
Enqrasiya kandarda oturmuşdu; sәrv ağacındakı bayquş
kimi vağıldayırdı, sifәti dә elә ona oxşayırdı.
– Siz burda neylәyirsiniz?
– Sәni gözlәyirәm, oğlum.
– Mәni.
– Hә.
Senyora Enqrasiyanın müәmmalı danışığı ürәyimcә
olmadı.
– Buraxın, keçim!
– Getmә!
– Niyә?
– Çünki getmә!
– Bura mәnim evimdi!
– Bilirәm, oğlum, çoxdan bilirәm... Ancaq evә girmә.
– Axı niyә?
– Çünki olmaz, oğlum. Arvadının halı pisdi!
– Pisdi?
– Hә.
– Ona nә olub?
– Heç nә. Uşağı salıb.
– Salıb?
– Hә. Madyan onu belindәn atıb...
Hirsimdәn gözüm ayağımın altını görmürdü, deyilәnlәr
mәnә çatmırdı.
– Madyan hanı?
– Tövlәdә.
55