Page 54 - Sela
P. 54
İLO XOSE SELA

Nazik, hündür sәrv ağacı cәnazәnin yanındakı
qarovulçuya oxşayırdı.

– Eybәcәr ağacdı...
– Eybәcәrdi.
Bayquş sәrv ağacının başında sirli-sirli vağıldayırdı.
– Murdar quşdu.
– Murdardı...
– Hәr gecә burdadı.
– Hәr gecә...
– Elә bil ölülәrlә bir yerdә olmaq xoşuna gәlir.
– Elә bil...
– Sәnә nә olub?
– Heç nә! Mәnә heç nә olmayıb! Sәnә elә gәlir...
Daminqoya baxdım; o, meyit kimi ağarmışdı.
– Xәstәlәnmisәn?
– Yox...
– Qorxursan?
– Qorxmaq? Mәn? Kimdәn qorxmalıyam?
– Heç kimdәn, qardaş, heç kimdәn! Bunu elә-belә
dedim.
Senyorito Sebastyan söhbәtә qarışdı:
– Bәsdirin! Bircә o qalıb ki, indi dә siz tutaşasınız.
– Yox әşi...
– Hәlә çox var, Paskual?
– Yox, nәdi ki?
– Heç.
Elә bil kiminsә sehrli әli evimi get-gedә uzaqlaşdırırdı.
– Birdәn keçib gedәrik?
– Nә danışdığındı! Yәqin, indi lampaları yandırıblar.
Yenә susduq. Lap az qalmışdı.
– Yoxsa odu?
– Hә.
– Bәs niyә demirdin?

54
   49   50   51   52   53   54   55   56   57   58   59