Page 52 - Sela
P. 52
İLO XOSE SELA
Sakarias kefli havasına bizә – bilmirәm belә şey olub,
ya olmayıb, – başqa göyәrçinlәrin balasını aldadıb öz
yuvasına gәtirәn ana göyәrçindәn danışdı vә hәmin an
and içәrdim ki (elә indi dә and içmәyә hazıram), o mәni
nәzәrdә tuturdu; mәn heç vaxt xırda şeylәrdәn inciyәn
olmamışam, ancaq hәrdәn yerinә düşmәyi var – ya sizә elә
gәlir, – onda özünüzü bilmәzliyә vurub, әlә ala bilmirsiniz.
Ona dedim:
– Doğrusu, başa düşmürәm, burda maraqlı nә var axı?
– Hәr şeyi başa düşürsәn, Paskual.
– Olsun, inkar etmirәm, ancaq mәnә elә gәlir, әdәbli
mәclisdә hamını güldürәn, kimisә güldürmәyәn belә
zarafatlar elәmәk yaxşı deyil.
– Hirslәnmә, Paskual, kimlәrin hirslәndiyini sәn ki
bilirsәn...
– Hәm dә mәnә elә gәlir, zarafatdan tәhqirә keçmәk
kişiyә yaraşmaz.
– Bunu mәnә deyirsәn?
– Yox, qubernatora deyirәm.
– Mәnә isә elә gәlir, sәn işdәn çox, sözdә qoçaqsan.
– Mәnim әmәlimlә sözüm birdi.
– Birdi?
– Hә!
Ayağa qalxdım.
– Bәlkә, küçәyә çıxaq?
– Vacib deyil!
– Çox qoçaqsanmış!
Dostlar kәnara çәkildi – haqq-hesab çürütmәk istәyәnlәrә
mane olmaq kişiyә yaraşmaz.
Bıçağı sәliqәylә açdım: belә dәqiqәlәrdә tәlәsikliyin,
istәnilәn yanlışlığın ölümcül nәticәsi ola bilәr. Elә sakitlikdi,
milçәk uçsaydı, vızıltısı eşidilәrdi.
52