Page 47 - Sela
P. 47
Paskual Duartenin ailəsi
qırmızı zolaqlı qәşәng mavi kostyum, hәmin gün ilk dәfә
qoyduğum atlas parçadan kepka, boynumda ipәk yaylıq,
belimdә zәncir varıydı. Sizi inandırım ki, biz gәnc, yaxşı
geyinmiş gözәl cütlük idik! Ah, o çağlar necә dә uzaqlarda
qaldı, hәrdәn adama elә gәlirdi ki, xoşbәxtlik mümkündür!
Şahidlәrimiz senyorita Sebastyan, aptekçilәr don
Raymundo ilә oğlu vә keşişin bacısı senyora Aurora idi.
Don Manuel bizә xeyir-dua verdi vә axıra yaxın ondan üç
dәfә uzun moizә oxudu; Tanrı şahiddi, mәcburiyyәt
qarşısında dözdüm, çünki çox darıxdırıcı idi; o yenә bizә
insan nәslinin davam etdirilmәsindәn, hәmçinin papa XIII
Levdәn, hәvari Paveldәn vә qullardan nәsә danışdı...
Görünür, çıxışını vicdanla hazırlamışdı!
Qurtaracağından әlimi üzdüyüm kilsә mәrasimi başa
çatanda, elә bir rahatlığı olmasa da, gәlәnlәrdәn iki dәfә
artığını gen-bol yedirib-içirmәk üçün hәr şeyin açıq ürәklә
süfrәyә düzüldüyü evimә yollandıq. Qadınlara çubuqlu
şokolad, badamlı tort, pryanik, kişilәrә isә Mansilya çaxırı,
hisә verilmiş sosis, qan kolbasası, bankada zeytun, sardina
verildi. Ancaq nahar vermәdiyimә görә mәni kәnddә
mәzәmmәt elәyәnlәr dә tapıldı, – әşi, cәhәnnәm olsunlar!
Sizi әmin elәyә bilәrәm ki, onları razı salmaq mәnә baha
başa gәlmәzdi, ancaq arvadımla tez çıxıb getmәk istәdiyimdәn,
çox da dәrinә varmadım. Vicdanım tәmizdi – lazım olanları
heç dә başqalarından pis elәmәmişdim, bu da kifayәtdi,
dedi-qodulara gәlincә – onlara baş qoşmağa dәymәz!
Qonaqları yola verib, fürsәt düşәn kimi, arvadımı,
senyor Visentenin mәnә müvәqqәti verdiyi, belә mәrasimlәr
üçün bәzәdilәn madyanın tәrkinә alıb, yıxılmasın deyә,
yavaş-yavaş böyük yola çıxdım vә ömrümün әn xoşbәxt
üç gününü keçirdiyim Meridaya üz tutdum. Dincәlmәk
üçün yolda, az qala, altı dәfә dayandıq; necә hәvәslә
çobanyastığı dәrib, bir-birimizin saçına taxdığımızı indi
47