Page 45 - Sela
P. 45
Paskual Duartenin ailəsi

dә çök; görәndә, don Xesus qalxır, sәn dә qalx; görәndә,
don Xesus oturur, sәn dә otur.

– Oldu, senyor.
Hәmişә olduğu kimi ibadәt yarım saatdan bir az çox
çәkdi, amma bu yarım saat mәnim üçün hiss olunmadan
keçdi.
İbadәt qurtaranda, don Manuelin әynini dәyişdiyi otağa
qayıtdım.
– Di danış.
– Bilirsiniz, mәn evlәnmәk istәyirәm.
– Çox gözәl, çox pakizә, övladım. Allah kişi vә qadını
elә insan nәslinin davam etmәsi üçün yaradıb.
– Hә, senyor.
– Çox yaxşı. Bәs kiminlә evlәnirsәn? Lolayla?
– Hә, senyor.
– Çoxdan qәrara almısan?
– Yox, senyor, dünәn...
– Necә, elә dünәn?
– Yalnız dünәn. Dünәn mәnә öz mәsәlәlәrindәn danışdı.
– Nәsә olub?
– Hә.
– Yoxsa boyludu?
– Hә, senyor, boyludu.
– Nә olar, övladım, evlәnmәyiniz mәslәhәtdi. Tanrı sizi
bağışlayar, adamların gözündә isә ucalarsınız. Nikahsız
doğulan uşaq günahdı, valideynlәr üçünsә xristian qayda-
larıyla evlәnmәk Tanrı yanında savab qazanmaqdı. Sәnin
kağızlarını hazırlayaram. Əmiuşağı, xalauşağı deyilsiniz?
– Yox, senyor.
– Lap yaxşı. İki hәftәdәn sonra gәl, hәr şey hazır olacaq.
– Yaxşı, senyor.
– Bәs indi hara gedirsәn?
– İşlәmәyә, özgә hara gedәsiyәm.

45
   40   41   42   43   44   45   46   47   48   49   50