Page 40 - Sela
P. 40
İLO XOSE SELA

Əgәr desәm ki, bu günlәr ürәyimdә nә qәdәr kәdәr,
qәm-qüssә var, әmin ola bilәrsiniz, peşmanlığım sidqi-
ürәkdәndi; yәqin, mәnә inanmayacaqsınız, çünki haqqımda
hәddindәn artıq pis fikirlәr, rәylәr var... Hәr halda, bunu
sizә yazıram, mәnә elә gәlir, bu sözlәrә görә mәni başa
düşәcәksiniz, ruhumun xilası üçün sizә and vermәsәm dә,
mәnә inanacaqsınız, çünki bu andın sizin yanınızda dәyәri
olmayacaqdı... Qәhәrdәn elә boğuluram, sanki ürәyim qan
yox, әzvay şırәsi vurur; dolub-boşalaraq özündәn sonra
damağımda turş tam qoyur, buxarıyla dilimi qarsıyır, ağır
sәrdabә havasıyla içimi qurudur.

Yazıdan ayrılıb başımı qaldırdım – iyirmi dәqiqә ötüb,
ya bir saat, ya iki... Cığırla – pәncәrәmdәn onlar necә aydın
görünür! – adamlar gedir. Kiminsә onlara baxdığı, yәqin,
ağıllarına gәlmir; özlәrini çox sәrbәst aparırlar. İki kişi,
qadın vә uşaqdı, şad-xürrәm gedirlәr. Kişilәrin otuz, qadının
bir qәdәr az, oğlanın isә altıdan çox yaşı olmaz. Oğlan
ayaqyalındı, әynindә göbәyinә çatmayan köynәyi, keçı
kimi kolların üstündәn tullanır. İrәli qaçır, dayanır, quşlara
daş atır... Heç bir oxşarlıqları olmasa belә, qardaşım Marionu
necә dә yadıma saldı!

Qadın, görünür, onun anasıdı; yerli qadınlar kimi
qarabuğdayıdı vә görkәmindәn elә sevinc yağır ki, tamaşa
elәmәyin özü belә xoşbәxtlikdi. Anamdan çox fәrqlәnir,
ancaq niyә mәnә anamı xatırlatdı?

Mәni bağışlayın, daha yaza bilmirәm. Bir az da keçsә,
ağlayacağam... Sizsә mәndәn yaxşı bilirsiniz ki, özünә
hörmәt elәyәn kişi, arvad kimi ağlamamalıdı.

Hekayәtimi davam etdirirәm; onun kәdәrli olduğunu
bilirәm, ancaq bu düşüncәlәr mәnim üçün daha kәdәrlidi,
xәncәr zәrbәsiylә qanı axan ürәyim – qanı qovan bu maşın
belә düşüncәlәrә tab gәtirmir.

40
   35   36   37   38   39   40   41   42   43   44   45