Page 35 - Sela
P. 35
Paskual Duartenin ailəsi
vaxtdan isә düşmәnә çevrildiyi görünә. Bu qәddar düşmәnә –
axı öz doğmalarına bәslәdiyin nifrәtdәn güclüsü yoxdu, –
bütün hirsimi tökmüşdüm, çünki әn çox öz oxşadığına
nifrәt elәyirsәn vә bu oxşarlıq sәni boğaza yığır. Çox
düşünsәm dә, axıra qәdәr heç nә aydınlaşdıra bilmәdim,
yalnız bunu deyә bilәrәm ki, anama hörmәt etmәyi çoxdan,
onda bәnzәmәk istәdiyim yaxşı xüsusiyyәt, әxz olunası bir
keyfiyyәt olmadığını anlayandan sonra yadırğadım, onda
gördüyüm pisliklәr, sadәcә, köksümә sığışmayanda onu
ürәyimdәn qoparıb atdım. Amma anama nifrәtim xeyli
gec yarandı – nifrәt sevgi kimi bir günün işi deyil, – vә
desәm ki, bu nifrәt Mario ölәn gün özünü büruzә verdi,
bәlkә, elә dә yanılmaram.
Uşağı cındırla möhkәmcә sildik ki, mәhşәr günü
oyananda elә dә çirkli olmasın. Onu evdә әlimizә keçәn çit
parçaya bükdük, mәst üçün kәndә getdim, boynuna
bağladığımız çәhrayı bantı, bilmәdәn uçub ölünün üstünә
qonan kәpәnәyә oxşatdıq. Sağlığında mәrhumla pis rәftar
elәyәn senyor Rafael mәrhәmәt göstәrib, tabut düzәltmәyә
kömәk elәdi; әlindә gah mismar, gah taxta, ya ağ boya olan
tәnәkә qutu, toydan sonrakı gәlin kimi tәşәxxüslü görkәmdә
canfәşanlıqla vurnuxurdu, mәnsә onun canfәşanlığından
vә vacib görkәmindәn başqa heç nә barәdә düşünә
bilmirdim, çünki – nә sәbәbә belә düşündüyümü onda da,
indi dә bilmirәm, – ürәyim mәnә deyirdi ki, әslindә, o, çox
xoşbәxtdi. Dalğın halda: “O, Tanrıya lazımdır! Göydә balaca
mәlәklәrә ehtiyac var!” – mızıldayanda, çaşıb qaldım. Mәnә
nә olduğunu indi dә anlamıram. Taxtanı mıxlayanda, tabutu
rәnglәyәndә nәqәrat kimi tәkrar elәyirdi: “Balaca mәlәk!
Balaca mәlәk!” Bu sözlәr ürәyimdә saat kimi tıqqıldayırdı...
Tıqqıltısı ürәyimi partlamaq hәddinә çatdıran saat... İlan
kimi sulu mavi gözlәri canıyananlıqla mәnә baxanda, bu
gözlәrә qarşı içimdә nifrәt qaynayırdı... “Balaca mәlәk!
35