Page 32 - Sela
P. 32
İLO XOSE SELA

neçә dәfә bizim xilaskar mәlәyimiz olmuşdu!) onu ciyә ilә
çәkәsi oldu, yoxsa dilini deşәcәkdi. Elә hәmin günlәrdә,
bәlkә dә, çәkilәn dişindәn Mario bolluca qan udduğuna
görә, üzr istәyirәm, dalını dәmrova oxşar sәpgi bürüdü,
sızanağın çirki sidiyә qarışdığından, yanının bütün dәrisi
soyuldu; ağrıyan yerinә sirkә vә duz qoyub müalicә
elәyәndә, elә zar-zar ağlayırdı ki, әn daşürәkli adam da
mütәәssir olardı. Sonra onun hәyatında bir müddәt sakitlik
dövrü oldu; kәmağıl uşaq butulkalarla oynayırdı (butulkalar
onun diqqәtini xüsusilә cәlb elәyirdi), sәhhәtinә görә
uzatdıqları ağılda, ya giriş qapısının ağzında özünü günә
verirdi, belәcә özü üçün yaşayırdı – hәrdәn yaxşı, hәrdәn
pis, hәr halda, әvvәllәr olduğundan dinc idi, o vaxta qәdәr
ki, – özü axtarmamışdı, istәmәmişdi, heç kimә mane
olmamışdı, Tanrı yolunu azmamışdı, – dörd yaşında taleyi
üzünә gülmәdi: hәr iki qulağını, üzr istәyirәm, donuz yedi.
Aptekçi don Raymundo yarasına sarımtıl dәrman tozu –
kseroform sәpdi vә bu saralmış, qulaqsız uşağa baxanda
adamı hirs boğurdu; bazar günlәri qonşular tәskinlik üçün
ona peçenye, badam, yağa qoyulmuş zeytun, ya bir tikә
hisә verilmiş sosis gәtirirdilәr... Zavallı Mario, bu xırda
sovqatlara görә öz qara gözlәriylә onlara necә dә
minnәtdarlıq elәyirdi! Əvvәllәr dә hәyatı bir hәyat deyildi,
üzr istәyirәm, donuzdan sonra lap zülmә düşdü; kimsәsiz
kimi gecә-gündüz ağlayıb zığıldayırdı, onsuz da dözümsüz
olan anamın hövsәlәsi qalmadığından, aylarla yerdә
sürünürdü, nә atsalar onu yeyirdi, bәdәnini çirk elә basmışdı
ki, çimmәklә mәnim dә aram olmasa (niyә yalan danışım),
ondan iyrәnmәyә başlamışdım. Gözünә, üzr istәyirәm,
donuz sataşanda – bizim әyalәtdә isә donuz nә qәdәr
desәndi, – qardaşım hürkürdü, hәmişәkindәn bәrk qışqırırdı,
tez hardasa gizlәnmәk istәyirdi, üz-gözündәn elә qorxu

32
   27   28   29   30   31   32   33   34   35   36   37