Page 30 - Sela
P. 30
İLO XOSE SELA
dәyirdi (çoxdan senyor Rafaellә yaxınlığından şübhәlәnir-
dim), istәsәk dә, istәmәsәk dә, öz müddәtindә ailәdә artım
olacağı mәlumdu. Yazıq Marionun – qardaşımızı belә
adlandırmışdıq – doğuşu hәr cәhәtdәn bәxtsizlik vә
narahatlıqla müşahidә olundu: anamın qara-qışqırıq salması
bir yana, hәlә atamın ölümüylә dә üst-üstә düşdü; әgәr
belә faciәli olmasaydı, soyuq başla düşünәndә buna gülmәk
dә mümkündü. Mario dünyaya gәlәndә, atamı artıq iki
gündü anbara salıb ağzını bağlamışdıq: onu qudurmuş it
qapmışdı, әvvәl elә bildik, xәstәlik ona yoluxmayıb, ancaq
sonra hamımızı ehtiyatlı olmağa vadar elәyәn isitmәyә
tutuldu. Senyora Enqrasiya dedi ki, onun baxışlarından
anam uşağı salacaq vә başqa çıxış yolu olmadığından
qonşuların kömәyilә – elә dişlәyirdi ki, kiminsә әli ağzına
keçsә qoparardı, – onu ehtiyatla anbara saldıq. İndiyә qәdәr
dә o dәqiqәlәri ağrı vә qorxuyla xatırlayıram... İlahi, onun
öhdәsindәn nә müsibәtlә gәlә bildik! Şir kimi nәrildәyirdi,
and içirdi ki, hamımızı qıracaq, gözlәri dә alışıb yanırdı,
Allah imkan versә, öz andını yerinә yetirәrdi. İki gün
tәpiklә anbarın qapısını sındırıb bağırdı; mәcbur olub
qapını şalbanla bәrkitmişdik vә anamın çığırtılarından
narahat olan Marionun gic kimi hürkәk doğulması indi dә
mәni tәәccüblәndirmir. Atam o biri gün axşam susdu –
kahinlәrin İsaya sitayişә gәlmә günüydü vә öldüyünü
fikirlәşib, onu anbardan sürüyüb çıxarmağa gedәndә,
üzündәki cәhәnnәm ifadәsi ilә döşәmәdә uzanmışdı.
Meyitin qan sağılmış bәrәlә qalan gözlәrini, yarıya qәdәr
bayıra çıxmış qıpqırmızı dilini görüb, gözlәdiyim kimi,
anam ağlamaq әvәzinә gülәndә bir az qorxdum vә göz
yaşımı boğmaqdan savayı çarәm qalmadı. Onu dәfn elәyәndә
keşiş don Manuel mәnimlә tәsәlliverici söhbәt elәdi.
Dediklәrinin çoxunu xatırlamıram, ancaq söhbәt axirәt
dünyasından, göylәrdәn, cәhәnnәmdәn, Mәryәm anadan,
30