Page 28 - Sela
P. 28
İLO XOSE SELA

– Bilirsәn, nә var, Ədabaz! Mәn arvad deyilәm, boş-
boşuna danışmıram... Sәn mәni acıqlandırma! Mәni
acıqlandırma!

– Nә deyib acıqlandırıram? Rosario haqqında nә bilmәk
istәyirsәn? Onunla nә işin var? Bacındı? Nә olsun? Əgәr
bilmәk istәyirsәnsә, biz bir-birimizi sevirik!

O, mәni sözlә döyürdü, ölәnlәrimin goru haqqı, mәnә
barmağını toxundurmamış, onu öldürәrdim. Hirsimi
soyutmalıydım, çünki xasiyyәtimә bәlәdiydim, hәm dә
kişilәrә dalaşmaq yaraşmaz – әgәr biri silahlı, o biri
silahsızdısa.

– Bura bax, Ədabaz, bu söhbәti qurtaraq. Sevgi? Qoy
olsun! Mәnә nә dәxli.

Ədabaz gülürdü; görünür, dava istәyirdi.
– Bilirsәn, nә var?
– Nә?
– Əgәr bacımla gәzsәydin, sәni öldürәrdim!
Allah şahiddi ki, o gün susmaq mәnә sağlamlığım
bahasına başa gәldi, ancaq onunla dalaşmaq istәmirdim,
niyә – bilmirәm. Mәnimlә belә danışmağı tәәccüblü idi:
kәnddә heç kim onun dediklәrinin yarısını da mәnә demәyә
cәsarәt elәmәzdi.
– Əgәr arxamca gәldiyini görsәm, meydanın ortasında,
hamının gözü qabağında öldürәrәm.
– Sәn ağ elәdin!
– Doğrayaram.
– Qulaq as, Ədabaz!..
O vaxtdan böyrümә elә bil tikan batıb, hәlә dә bunu
hiss elәyirәm.
Niyә onu dәrhal çıxarmadığımı indi dә bilmirәm. Vaxt
ötdü, bacım bir dә tәzә qızdırmasını sağaltmağa gәlәndә,
o söhbәtin nәylә qurtardığını mәnә danışdı. Ədabaz axşam
Rosarionu görmәk üçün “Yeni Madrid”ә dönәndә, onu
kәnara çәkib demişdi:

28
   23   24   25   26   27   28   29   30   31   32   33