Page 29 - Sela
P. 29
Paskual Duartenin ailəsi

– Sәnin qardaşın kişi deyilmiş, cındırıymış!
– ...
– Şıqqıltı gәlәndә, dovşan kimi aradan çıxır.
Bacım mәnim tәrәfimi saxlasa da, nә xeyri – o, üstün
gәlir. Yeganә döyüşdә mәğlub oldum, çünki öz üsulumla
döyüşmәkdәn vaz keçmişdim.
– Yaxşı, bala, söhbәti dәyişәk. Neçә varındı?
– Sәkkiz peset.
– Elә bu?
– Hә. Nә istәyirsәn? Çәtin zamanlardı!
Ədabaz özü bezәnә qәdәr çubuqla onun sifәtinә vurur.
Sonra da:
– Sәnin qardaşın kişi deyilmiş, cındırıymış! – deyir.

Bacım öz canına and verdi ki, kәnddә qalım.
Böyrümdәki tikan mәni sızıldadırdı. Niyә onu dәrhal
çıxarmadım – hәlә dә bilmirәm...

4
Yazım dağınıq olduğuna görә mәni bağışlayın.
Hadisәlәrin ardıcıllığıyla getmәyib, adamlardan danışdığım
üçün, çәyirtkә kimi burdan ora, ordan bura sıçrayıram;
hәtta başqa cür yazmaq istәsәm dә, yenә dağınıq alınacaq,
çünki ağlıma necә gәlirsә yazıram vә roman kimi qurmağa
çalışmıram. Çünki bu mәndә alınmazdı da, hәmişә tәhlükә
olacaqdı, özümü elә dolaşdırardım, ordan necә çıxacağımı
bilmәzdim.
Hamı kimi bizim dә üstümüzdәn illәr ötürdü; hәyat
mәnim evimdә öz adi qaydasıyla keçirdi vә o vaxtlar
barәdә tәsәvvürünüzә gәlmәyәn çox az şeylәr söylәyә
bilәrәm.
Qızının anadan olmasından on beş il sonra anamın
bizә qardaş doğacağı heç kimin ağlına gәlmәzdi; çox arıq
idi, hәlә bir belә dә vaxt keçmişdi. Arvadın qarnı burnuna

29
   24   25   26   27   28   29   30   31   32   33   34