Page 24 - Sela
P. 24
İLO XOSE SELA

balası kimi, başında narın seyrәk tüklәr varıydı – sonra
onları tökdü – balaca әllәrini isә göyәrәnә qәdәr bir-birinә
elә sıxırdı, adam birtәhәr olurdu. Üç-dörd gün sonra silib
tәmizlәmәk üçün bacımın bәlәyini açanda, ona diqqәtlә
baxdım vә deyә bilәrәm ki, bu dәfә ondan elә dә zәhlәm
getmәdi: dәrisi ağarmışdı, gözlәri hәlә açılmamışdı, ancaq,
deyirdin, bu saat kirpiklәrini qaldıracaq, әllәri dә pilә kimi
olmuşdu. Senyora Enqrasiya – necә olsa da, çәtinlikdә
hәmişә әl tuturdu – onu rozmarin cövhәriylә tәrtәmiz sildi,
çirkli әsgilәri yumaq üçün kәnara qoyub, nisbәtәn
tәmizlәriylә yenidәn bәlәdi vә rahatlanan körpә elә möhkәm
yuxuya getdi ki, evdә çağa olduğu heç kimin ağlına
gәlmәzdi. Atam yeşiyin yanında yerdәn oturub, saatlarla
qızına baxırdı – elә bil aşiq olub, senyora Enqrasiya deyirdi;
hәtta atamın әsl xasiyyәtini unudurdum. Sonra durub
kәndin içinә çıxırdı; bizim üçün gözlәnilmәz, özünün isә
vәrdiş elәmәdiyi vaxtda qayıdırdı, yenә yeşiyin böyrünә
çökürdü – elә mülayim, elә fağır görünürdü ki, onu
tanımayanlar, deyәrdi, qarşısındakı müqәddәs Roxdu1.

Bacım çox sısqa idi, – әgәr anamın döşlәri boşdusa, gücü
hardan olasıydı! – bir neçә dәfә az qalmışdı ölsün. Atam
bundan qüssәlәnirdi, dәrdini isә hәmişә çaxırla
yüngüllәşdirirdi, ona görә anamla günümüz bir müddәt heç
dә yaxşı keçmәdi vә daha betәrini görәnә qәdәr, bir vaxtlar
bizә ağır görünәn keçmişin hәsrәtini çәkdik. Adamlar hәmişә
belәdi – әlindәkini qorumur, itirәndә dә ağlayırlar! Doğuşdan
sonra zәiflәdiyindәn anamın payına danlaq, mәnimsә payıma,
әlinә keçәndәn keçәnә tәpik düşürdü; bu tәpiklәrdәn, üzr
istәyirәm, hәrdәn dalımdan qan gәlirdi, qabırğalarımın
üstündә isә közәrmiş dәmir basılıbmış kimi lәkәlәr qalırdı.

Qonşuların anama mәslәhәt gördüklәri qırmızı çaxırla
bişәn supdan yeyib qız yavaş-yavaş dirçәldi. Gec yerimәyә

1 Müqəddəs Rox – taundan qorumaqla məşhurlaşan katolik müqəddəsi

24
   19   20   21   22   23   24   25   26   27   28   29