Page 20 - Sela
P. 20
İLO XOSE SELA
yerlәrdә) tapıldı. Atamı qaçaqmalçılıq üstündә tutmuşdular;
görünür, bununla çoxdan mәşğul olurmuş, su çanağı da
gec-tez suda sınar vә necә ki, hәr işin bir zibili olur,
dadandıqca әl çәkә bilmirsәn, günlәrin bir günü, heç
gözlәmәdiyi vaxtda – igidi saymazyanalıq yıxar, – sәrhәdçilәr
onu izlәyib, yüklә yaxalayaraq hәbsxanaya basıblar. Bütün
bunlar, güman ki, çox әvvәllәr olmuşdu, çünki yadımda
heç nә qalmayıb; yәqin, onda hәlә dünyaya gәlmәmişdim.
Anam boydan babat olsa da, atam kimi irigövdәli deyildi;
uzun, arıq qadın idi, sağlamlığıyla öyünә bilmәzdi, hәtta
әksinә, sifәti limon kimi saralmış, ovurdları batmışdı,
baxanda baş çıxara bilmirdin – ya vәrәmdi, ya ümumiyyәtlә,
bu gün-sabah ölәcәk. Tәrsin biriydi, çox ağır xasiyyәti
varıydı, tәki o dünyada dilinә görә bәlaya düşmәsin, çünki
xırda bir şeyin üstündә gözünü yumub ağzını açırdı. Hәmişә
qara paltar geyinirdi, çimmәklә arası yox idi, hәtta, açığını
deyim, yuyunduğunu ömrüm boyu bircә dәfә görmüşdüm –
atam ona әyyaş deyirdi, o da sudan qorxmadığını sübut
elәmәk istәyirdi. Di gәl, çaxırla arası yaxşıydı, әlinә pul
düşәn kimi, ya әrciyәzinin jiletinin cibindәn çırpışdıranda,
mәni hökmәn çaxır dalınca yemәkxanaya göndәrirdi, atamın
әlinә keçmәsin deyә, şüşәni çarpayının altında gizlәdirdi.
Dodaqlarının qırağında ağ tüklәr bitmişdi, pırtlaşıq gur
saçlarını isә yığıb boynunun dalında bağlayırdı. Ağzının
yanlarında qırma izlәri kimi, xırda, çәhrayı çapıq yerlәri
gözә dәyirdi. Mәncә, cavanlıqda çıxardığı sızanaqların
yeriydi; yayda bәzәn qızarıb, sancaq başı boyda çirk elәyirdi,
payızda quruyur, qışda isә tamam yox olurdular.
Valideynlәrim bir-birilә yola getmirdilәr; üstәlik, xüsusi
bir mәziyyәtlәri vә Tanrının iradәsilә hәrәkәt etmәyә
hәvәslәri olmadığından (bәdbәxtliyimdәn, onların nöqsanları
irsәn mәnә keçmişdi), savadsız adam kimi, ehkamlara
riayәt etmәk, instinktlәrini cilovlamaq onları çox da
20