Page 16 - Sela
P. 16
İLO XOSE SELA

qoyulan çox gözәl şәkilli tәqvim; Esparteronun1 rәngli
portreti; bәzisi kiçik, bәzisi adi ölçüdә – kimlәrin olduğunu
bilmirәm: ömür boyu eyni yerdә gördüyümdәn soruşmağı
ağlıma gәtirmәdiyim üç-dörd fotoşәkil asılmışdı. Divardan
zәngli saat – elә-belә saat deyildi – dәqiq işlәyirdi vә bir dә
rәngbәrәng şüşә başlıqları olan qәşәng sancaqlar taxılan
qırmızı mәxmәr yastıqca asılmışdı. Mәtbәxdә mebel az vә
sadә idi: üç stul (hörmә oturacağı, ayaqları әymә ağacdan
olan stul yaxşı qalmışdı) vә stullar üçün alçaq olan, ancaq
öz tәyinatını yerinә yetirәn şam ağacından düzәldilmış
siyirmәli stol. Mәtbәx sәliqәli vә rahatdı: yayda ocağı
qalamayanda, axşama yaxın qapıları taybatay açıb, daşın
üstündә otururduq, – sәrin olurdu – qışda kömürü yaxşı
düzәndә, istini bәzәn bütün günü saxlayırdı. Ocaqdan
qalxan alov dillәrinin divardakı kölgәlәrinә baxmaq maraqlı
olurdu! Alov dillәrinin bәzisi yavaş-yavaş, bәzisi birdәn
görünüb itirdi, sanki oynayırdılar. Yadımdadı, uşaqlıqda
onlardan qorxurdum, hәtta indi böyük olsam da, o vaxtkı
qorxunu yada salanda üşәnirәm.

Evdәki qalan şeylәri tәsvir elәmәyә dәymәz – hamısı
adi vә yöndәmsizdi. Əgәr yalnız yaşayış olduğuna görә
belә adlandırsaq, mәtbәxdәn başqa iki yaşayış otağı vә çox
vaxt boş, baxımsız olan at tövlәsi varıydı, onu nәyә görә at
tövlәsi adlandırdığımızı isә indi dә bilmirәm. Otağın birindә
mәnimlә arvadım, o birindә, Tanrı, bәlkә dә, Əzrayıl canları-
nı alana qәdәr valideynlәrim yatırdı; o zamandan hәmin
otaq, demәk olar, boş qalmışdı – әvvәl-әvvәl orda yaşamağa
adam yox idi, adam tapılanda da, o, işıqlı vә külәk döymәyәn
mәtbәxә üstünlük verdi. Bacım evә gәlәndә mәtbәxdә
yatırdı, mәnim dә uşaqlarım olanda, analarının әllәrindәn
qopan kimi, ora cumurdular. Doğrudu, otaqlar elә dә tәmiz
vә xudmani deyildi, amma, sözün düzü, şikayәtlәnmәyә

1 Baldomero Esportero (1793–1879) – ispan generalı və dövlət xadimi

16
   11   12   13   14   15   16   17   18   19   20   21