Page 14 - Sela
P. 14
İLO XOSE SELA

bәzilәrinә isә qanqalların, tikanların arasından keçmәk
düşüb. Birincilәr rahatdı, öz xöşbәxtliyinin qoxusuna körpә
kimi gülümsәyir, o birilәr isә düzәnliyin ortasında gün
başına döyә-döyә әziyyәt çәkir vә onlara toxunan olanda
vәhşi heyvan kimi dişlәrini qıcayır. Böyük fәrqdi – bir var
әnlik-kirşan vurasan, әtirlәnәsәn, bir dә var, özünü heç nә
ilә silib tәmizlәmәk mümkün olmayan tatu ilә bәzәyәsәn.

Çox illәr әvvәl – әn azı әlli beş il olar – Badaxos
әyalәtinin әldәn-ayaqdan uzaq bir kәndindә doğulmuşam.
Kәnd Almendralexodan iki liq1 aralıda, ölümә mәhkum
olunmuş adamın günlәri kimi yeksәnәq, uzun – xoş-
bәxtlikdәn siz bu uzunluğu tәsәvvür elәyә bilmәzsiniz, – bir
yolun kәnarındadır.

Kәndi gün döyürdü, çoxlu zeytun ağacları vә – üzr
istәyirәm – donuzları vardı, evlәr o qәdәr ağ idi, xatırlayanda
belә adamın gözlәri qamaşır – daş döşәnmiş meydanın
ortasındakı üçşırnaqlı fәvvarәnin gözәlliyinә söz ola bilmәzdi.
Mәn kәndi tәrk elәyәnә qәdәr artıq neçә ildi su gәlmirdi,
ancaq hovuzun kәnarında rozmarinә bәnzәr çiçәklәrә
bürünmüş lüt oğlan uşağının fiquru necә dә qәşәngdi!
Meydanın ortasında tütün yeşiyitәk böyük vә kvadratşәkilli
divanxana varıydı; divanxananın qüllәsindәki hәb kimi
dümağ saatı sanki bәzәk üçün asmışdılar, hәmişә doqquzu
göstәrirdi. Kәnddәki evlәrin, tәbii ki, yaxşıları da varıydı,
pisi dә vә pislәri daha çox idi. Yeganә ikimәrtәbәli ev –
don Xesusun evi – kaşıdan düzәldilmiş fiqurları, gül
dibçәklәriylә göz oxşayırdı. Don Xesus, ümumiyyәtlә,
bitkilәri xoşlayırdı vә mәnә elә gәlir, tәsәrrüfata baxan
qadına әtirşahların, günçiçәklәrin, palmaların, nanәlәrin
uşaq kimi nazını çәkmәyi bәrk-bәrk tapşırırdı: qarı hәmişә
onları dolçayla sulayırdı, yәqin, ona görә, belә tәravәtliydilәr.
Don Xesusun evi dә meydanda idi vә qәribәydi ki, pul

1 Liq – 4828,032 m-ə bərabər ingilis ölçü vahidi

14
   9   10   11   12   13   14   15   16   17   18   19