Page 18 - Sela
P. 18
İLO XOSE SELA
onların işıqlarının necә yanmasına baxıram, üstәlik, onların
çoxunun mәnim ağlıma gәlәnlәr haqqında danışdığını, ya
fikirlәşdiklәrimi düşündüklәrini xәyalıma gәtirirәm.
Şәhәrlәrdәki adamlar arxalarını hәqiqәtә çevirib yaşayırlar,
onlar çox vaxt zәnn etmirlәr ki, şәhәrdәn iki liq uzaqda,
düzәngahın ortasında bir kәnd adamı tilovu yığıb, bir
yığın ilanbalığı olan sәbәti yerdәn götürә-götürә onlar
haqqında düşünüb әylәnir!
Ancaq balıq tutmağı kişiyә yaraşan mәşğuliyyәt
saymırdım vә boş vaxtımın çoxunu ovda keçirirdim. Kәnddә
heç dә pis ovçu sayılmırdım, lovğalıq olmasın, belә
düşünәnlәr yanılmırdılar. Hiylәgәr, tutağan, Qığılcım adlı
qancıq tulam varıydı, ancaq mәnә yaxşı qulaq asırdı;
sәhәrlәr onunla tez-tez kәnddәn liq yarım uzağa, Portuqaliya
sәrhәdinә tәrәf – bataqlığa gedirdik, heç vaxt da evә әliboş
qayıtmırdıq. Geri qayıdanda it qabaqda qaçıb, mәni
yolayrıcındakı alçaq kәtilә oxşayan yastı daşın yanında
gözlәyirdi; hәmin daşı mehribanlıqla vә şübhәsiz, bәzi
adamlardan daha çox xatırlayıram. Ortasında çökәyi varıydı;
oturanda, mәni bağışlayın, dalım çökәyә düşürdü vә elә
rahat idi ki, durmağa hәvәsim gәlmirdi; silahı ayaqlarımın
arasına qoyub, yolayrıcındakı hәmin daşın üstündә bir
xeyli otururdum, fit çalırdım, әtrafa göz gәzdirirdim, eşmә
çәkirdim. Qancıq qarşımda şöngüyüb, başını yana әyәrәk,
öz ağıllı qonur gözlәriylә mәnә baxırdı; onunla danışırdım,
o isә mәni yaxşı başa düşmәk istәyirmiş kimi, qulaqlarını
şәklәyirdi; mәn susanda sıçrayıb cırcıramaların arxasınca
qaçırdı, ya duruşunu dәyişirdi. Duranda hәmişә, özüm dә
bilmirәm niyә, xudahafizlәşmәk istәyirәmmiş kimi, daşa
tәrәf dönürdüm vә bir dәfә mәnә elә gәldi, gedişimә
kәdәrlәnib, özümü saxlaya bilmәdim, geri qayıdaraq tәzәdәn
oturdum. Tula qarşımda şöngüyüb, gözünü mәnә dikmişdi;
indi başa düşürәm ki, onun hәr şeyi bilmәk istәyәn, soyuq,
18