Page 13 - Sela
P. 13
Paskual Duartenin ailəsi

şәxsindә sizә üz tutan itaәtkar bәndәniz Paskual Duartenin
bağışlanması üçün dualarınızı әsirgәmәyin.

Badaxos hәbsxanası, 15 fevral 1937-ci il.

VARİSSİZ ÖLƏN VƏ ƏMLAKINI RAHİBƏLƏRƏ
VƏSİYYƏT EDƏN DON XOAKİN BARRERO
LOPESİN ÖZ DƏSTİ-XƏTTİYLƏ YAZDIĞI
VƏSİYYƏTNAMƏDƏN BƏND

4. Əmr edirәm, yazı masamın siyirmәsindәki, üstünә
qırmızı karandaşla “Paskual Duarte” yazılmış, iplә sarınmış
bağlamanı ziyanlı, adәt-әnәnәyә zidd bir şey kimi,
oxumadan, dәrhal oda atasınız. Buna baxmayaraq, әgәr
qәzavü-qәdәrin hökmüylә hәmin bağlama kiminsә qәrәzli
müdaxilәsindәn sonra mәnim istәyimә uyğun olaraq
yandırılmayacaqsa, tapan adama әmr edirәm, onu mәhv
etmәsin, öz malı kimi götürüb, onunla öz bildiyi kimi
davransın.

Ölüm ayağında Meridada (Badaxos) verilib,
11 may 1937-ci il.

Müәllifin әlindәn ölümü qәbul edib, ona, “әzizim” –
deyәrәk gülümsәyәn Torremexiya qrafı, şöhrәtli әsilzadә
don Xesus Qonsales de la Rivanın xatirәsinә

P.D.

1
Senyor, mәn qәddar adam deyilәm, halbuki qәzәblәnmә-
yimә sәbәb var. Hamımız ölümә mәhkumuq, eyni tale ilә
doğuluruq, ancaq böyüdükcә fәlәk bizi mum kimi, kefi
istәdiyi formaya salır vә müxtәlif yollarla eyni yerә – ölümә
göndәrir. Bәzilәrinin qismәtinә güllәr sәpilmiş yolla getmәk,

13
   8   9   10   11   12   13   14   15   16   17   18